Quru əllərinizə lazımlı nəmi qəbul etməzsə, əlləriniz sürətlə elastikliyini itirər. Yaşı ələ verən ilk bölgənin əllər olduğunu düşünsək, əl dərisinin baxıma xüsusi ehtiyacı vardır.
Quru, kobudlaşmış əllər üçün təbii maska və müalicələri : Həftədə 2 dəfə tətbiq edərək əllərinizə çox gözəl qulluq edə bilərsiniz Maska 1
2 ədəd kartof
1 stəkan süd
Hazırlanması və tətbiqi: Kartofları bir qab içinə alaraq qaynadın. Qaynadılmış kartofları çəngəlin köməyi ilə əzin və içinə südü əlavə edərək qarışdırın. Ortaya çıxan qarışımı əllərinizə sürtün . Əlinizdəki maska tamamilə soyuq hala gəldiyində, ilıq su ilə yuyun. Maska 2
1 şorba qaşığı şəkər (qəhvəyi)
1 disert qaşığı itburnu suyu
Hazırlanması və tətbiqi: Əller maska sürtməmişdən əvvəl sabunlanaraq təmizlənir. Tərkibi qarışdırıldıqdan sonra əllərə sürtülür və 2 dəqiqə gözlədilir. 20 dəqiqə sonra əllər yuyulur və nəmləndirici krem sürtülür. Maska 3
1 ədəd yumurta (sarısı)
Yarım çay stəkanı limon suyu
2 xörək qaşığı zeytun yağı
Hazırlanması və tətbiqi: Yumurtanın sarısını ayırdıqdan sonra limon suyu və zeytun yağı əlavə edilərək qarışdırılır. Qarışığı 2 dəqiqə çırpmaq lazımdır. Əllərinizə qalın şəkildə sürtdükdən sonra 15 dəqiqə gözləyərək yuyun. Əvvəl isti, sonra soyuq su ilə yaxalayın. Maska 4
4 stəkan su
2 çay qaşığı mineral su
2 çay qaşığı qliserin
Hazırlanması və tətbiqi: Ərzaqlar bir kasa içinə alınır. Əllər qarışığın içində gözlədilər. 30 dəqiqə sonra əllər qarışıqdan çıxarılaraq ilıq su ilə yuyulur. Maska 4
4 çay qaşığı kakao yağı
2 damla lavanta yağı
1 disert qaşığı bal
Hazırlanması və tətbiqi: Ərzaqlar bir qab içində qarışdırılır. Əllərə qarışımla birlikdə masajla yeridilir, daha sonra 15 dəqiqə gözlədilər, sonra əllər yuyulur və əl kremi çəkilir.