Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Heç bir gün çəkmədi - Separatçılar ağ bayraq qaldırdı

Heç bir gün çəkmədi - Separatçılar ağ bayraq qaldırdı

Azərbaycan Ordusu növbəti dəfə dünya hərb dərsliklərinə salınacaq tarixi qələbəyə imza atdı. Dünən günorta radələrində başlanan lokal xarakterli antiterror tədbirləri sürətli, peşəkar və uğurla başa çatdı.

Əldə olunan nəticə

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Sabah isə Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə rəsmi Bakı arasında görüş keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə oluanacaq.

Vətən müharibəsindəki tarixi qələbədən sonra Azərbaycan sülh təşəbbüsi ilə çıxış etmişdi. Əvəzində isə Ermənistan tərəfi və Qarabağdakı qanunsuz rejim bundan təxribatlar törətmək və revanşist meyilləri gücləndirmək üçün istifadə etməyə çalışdı.
Ətraflı

Ermənistan hakimiyyəti müxtəlif tərəfli görüşlərdə məsələni uzatmağa, absurd iddialarla çıxış etməyə başladı. Gah Qarabağ Azərbaycan ərazisidir deyən Ermənistan, sonra Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etdi. Əlbətdə 30 il ərzində danışıqlar yolu ilə ermənilərlə razılığa gəlməyin mümkünsüzlüyü bəlli idi. Azərbaycan növbəti dəfə siyasi iradə nümayiş etdirərək məsələlərin dinc yolla həlinə çalışdı. Lakin ermənilər göstərdi ki, onla sülh dilindən yox, sopa dilindən anlayırlar.

Müxtəlif sərt bəyanatlar səsləndirən Qarabağdakı qondarma rejim Azərbaycan Ordusunun gücü qarşısında heç bir gün də dayana bilmədi. Qeyd edək ki, lokal antiterror əməliyyatı 23 saat çəkib. Tab gətirməyən ermənilər ağ bayraq qaldırdılar və təslim oldular.

Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etməyə nail oldu. Artıq bölgədə sülh yaratmaq, bərpa-quruculuq işlərini sürətli və təhlükəsiz aparmaq üçün əsas əngəllərdən biri aradan qaldırıldı.

Azərbaycan öz ərazisində boz zonanın yaradılmasına imkan vermədi. Bütün dünyaya növbəti dəfə öz hərbi və siyasi gücünü göstərdi!

Artıq danışıqlar Brüsseldə, Moskvada və digər xarici şəhərlərdə yox, Yevlaxda baş tutacaq. Azərbaycan vətəndaşlağını qəbul etmək istəyənlər, Azərbaycan qanunlarına tabe olanlar Azərbaycan vətəndaşı kimi Xankəndidə və digər ərazilərimizdə yaşaya biləcəklər. Qondarma rejim və onun nümayəndələri, Qarabağdakı Ermənistan ordusunun tör-töküntüsü ərazilərimizi tərk edəcəklər.

Azərbaycan növbəti dəfə göstərdi ki, şərtləri diqtə edən tərəf kimdir, reallıqları formalaşdıran kimdir. Bundan sonrakı mərhələdə isə bölgədə quruculuq və reinteqrasiya prosesinə start veriləcək. Azərbaycan vətəndaşları, Azərbaycan Bayrağı altında təhlükəsiz formada yaşayacaq.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ