Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Yevlaxda ağır qəza - bir ailənin yeddi üzvü xəsarət aldı

Yevlaxda ağır qəza - bir ailənin yeddi üzvü xəsarət aldı

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lunar.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes" markalı minik maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində, biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb.

Bir ailənin üzvləri olduğu deyilən yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.









Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ