Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Mənə sataşmayın - özümü öldürərəm" - akademik Vaqif Abbasov

"Mənə sataşmayın - özümü öldürərəm" - akademik Vaqif Abbasov

"AMEA tarixində ədalətsizliklərə görə özünü öldürən bir şəxs olub. O, Heydər Hüseynovdur, mən də ikincisi olaram. Mənə qara yaxmayın! İnstitutla düşmən olmayın".

Bunu AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov akademiyanın Rəyasət Heyətinin xüsusi iclasında deyib.

O bildirib ki, rəhbərlik etdiyi institutun 552 əməkdaşı var və 11 ildə quruma 48 milyon pul ayrılıb: "Onun 36 milyonu əməkhaqqıdır. Bu pulun 4-5 milyonunu yemək olar, ay akademiklər. Rəyasət Heyətində qərar çıxarılsın və yoxlamaların nəticələri ortaya qoyulsun".

V.Abbasov söyləyib ki, guya üç il əvvəl başqa bir institut üçün cihaz alınıb və Neft-Kimya Prosesləri İnstitutuna təqdim olunub: "2017, 2018 və 2019-cu illərdə Neft-Kimya Prosesləri institutuna bir dənə də unikal cihaz alınmayıb. Mən institut üçün lazım olmayan cihazı inventar kimi qəbul edib saxlaya bilmərəm. Mənə sataşmayın. Elə olar ki, bir-bir qapıma gəlib deyərsiz "Vaqif, məni bağışla". Xahiş edirəm ki, hər kəs öz yerini bilsin. AMEA tarixində ədalətsizliklərə görə özünü öldürən bir şəxs olub. O, Heydər Hüseynovdur, mən də ikincisi olaram. Mənə qara yaxmayın! İnstitutla düşmən olmayın".

O vurğulayıb ki, AMEA rəhbərliyi ilə görüşə bilmir.

Sonda baş direktor təkliflə çıxış edib: "İnstitut direktorlarının Rəyasət Heyətinin iclaslarında iştirakı təmin edilsin. Rəyasət Heyətində iclas qapalı olmamalıdır".

V.Abbasovun söylədiklərinə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev cavab verib: "Əgər hörmətli Akif müəllim (AMEA-nın prezidenti vəzifələrini icra edən akademik Arif Həşimov) məqsədə uyğun sayarsa, Rəyasət Heyətinin qapalı iclasında bu məsələni müzakirə edə bilərik. Ədalətsizliyə aydınlıq gətirilər ki, görək, nədən söhbət gedir. Üstüörtülü dediklərinizin hamısından məlumatımız var. Bu məsələlər bugünkü iclasın kontektsinə sığan söhbətlər deyil. Məsləhət olarsa, ayrıca müzakirə edərik".


News.Milli.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ