Qazancınızın bərəkəti yoxdursa, deməli pulqabınızı düzgün seçməmisiniz. Pulqabının rəngi cibimizin dolu və ya boş olmasına təsir edir.
Lunar.az xarici mediaya istinadla xəbər verir ki, numeroloq Alyona Fedotova bu fikirdədir. O bildirib ki daima əlinizə pul gəlməsini, pulu özünüzə cəlb etmək istəyirsinizsə, pulqabınız narıncı rəngdə olmalıdır.
“Əgər əlinizə gələn pulun sizdə qalmağını, artıb çoxalmasını istəyirsinizsə, pulqabını alarkən rənginin yaşıl olmasına diqqət edin. Hər zaman pul qabında bir quru dəfnə yarpağı və kərtənkələ quyruğu da saxlamağa çalışın. O zaman cibiniz dolu və əliniz də daim cibinizdə olacaq”, deyə numeroloq qeyd edib.