Yoruldum mən onu gözləyib daha Görəsən xoşbəxtlik yorulub özü? Çağırdım, səslədim baxmadı mənə Sanki xoşbəxtliyin kor olub gözü... Gözlərim yolunu o qədər çəkib
Elə bil, səhrada ipək yoludur Mən özüm kədərin qulu olmuşam Görəsən xoşbəxtlik kimin quludur? Çoxunun əlçatmaz arzusu olub, Kimin ayağının tozu olmusan?
Kimin həyatında artığın qalıb, Kimin həyatının azı olmusan? Eşit sözlərimi dinlə ,xoşbəxtlik Biraz ədalətin,vicdanın olsun Həyatda hamıya eyni gözlə bax
Adına yaraşan ad, sanın olsun Hamı günahkardır, gəl sən də olma Haqqsız, ədalətsiz,nahaqq dünyada Sən canı nə vaxtsa boş vaxtın olsa Arabir məni də salarsan yada..!!