Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ay ilə Yerin toqquşması necə görünərdi?

Ay ilə Yerin toqquşması necə görünərdi?

Ay ilə Yerin toqquşması necə görünərdi?


Hal-hazırda Günəş sisteminə daxil olan planet və digər göy cisimləri arasında sadəcə Yerdə həyat olduğu bəllidir. Bunun ilkin səbəblərindən biri də Yerdən başqa digər planetlərin həyat üçün əlverişsiz mövqelərdə olmasıdır. Bu nizam pozulsa, bir çox fəlakətlərə yol aça bilər və planetimizdəki həyata da çox asanlıqla son qoyar.

Dünyanın yeganə təbii peyki olan Ay Yerin 13-də 1-i qədərdir. Bəs yaxşı, Yer ilə müqayisədə bu qədər kiçik olan Ay planetimizə çırpılsa nə baş verərdi? YouTube istifadəçisi Max Mayer Universe Sandbox 2 uyğulamasından istifadə edərək Ay ilə Yerin toqquşması nəticəsində nələr baş verə biləcəyi haqqında maraqlı bir video yaradıb.

Videoda da gördüyünüz kimi Ayın Yerə çırpılmasının ancaq kosmosdan görülə biləcək görüntüsü verilib. Buna baxmayaraq, planetimizdə baş verən partlayışlar çox aydın şəkildə görünür. Bu videoda gördüyümüz kimi Ay’ın Dünya’ya çırpılması baş tutsaydı, bu sadəcə bir neçə saniyə ərzində Yerdə olan bütün canlıların partlayışın təsiriylə məhv olması demək olardı.

Dünyaya yaxınlaşmağa başlayan Ay, Yer üzərindəki cazibə qüvvəsini artırdıqca, ilk əvvəl okean və dənizlər bundan təsirlənər. Bu, nəhəng sunamilər yaşanmasına, çox güclü zəlzələlərə, vulkanlara səbəb olar. Bu hadisədən sonra Planetimiz hələ də mövcud olmağa davam edə bilər, lakin hər hansı canlı növünün Yer üzərində qalması mümkün deyil.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ