Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Kokoslu peçenye resepti

Kokoslu peçenye resepti

Kokoslu peçenye resepti


Lazım olan məhsullar:

- 2 dənə yumurta
- 100 qr şəkər tozu
- 170 qr kokos yonqarı
- 1 çimdik duz
Hazırlanması:
1. Yumurta ağını 1 çimdik duzla yaxşı çalın. Çalanda asta-asta şəkər tozu tökün.
2. Yumurta sarısını ayrı qabda çəngəllə qarıdırın və yumurta ağına ehtiyatla tökün (çalmanı dayandırmayın).
3. Kokos yonqarı əlavə edin və qaşıqla ehtiyatla qarışdırın. Kövrək kütlə alınmalıdır.
4. Nəm əllərlə peçenyeləri düzəldin (onlara müxtəlif forma vermək olar - kürəcik, təpəcik), kağız sərilmiş tavaya düzün.
5. Sobanı əvvəlcədən 180 C kimi qızdırın və təxminən 10-15 dəqiqə ərzində bişirin.
6. Hazır peçenyenin üzərinə əridilmiş şokolad tökmək olar.

Nuş olsun!









Prinsesa от 10 fevral 2016 21:36
gife bax hele :d
Miriş Soltanov от 18 fevral 2016 20:02
Bir Boşqab-da Mənə Göndərin.
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ