Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İnstagramda məşhurlaşan müasir imamlar

İnstagramda məşhurlaşan müasir imamlar

İnstagramda məşhurlaşan müasir imamlar


Onlar qızlarla müxtəlif oyunlar oynayır, Milad ağacının yanında dayanıb xristianları təbrik edir və hətta birlikdə çay dəmləyirlər. Sanki dünyanın tanıdığı İran ruhaniləri deyillər.

İslam üləmalarının gündəlik həyatını əks etdirən fotoların yükləndiyi İnstagram hesabı əsl sosial media uğuruna çevrilib. Bu hesabın 12 min izləyicisi var.

“Tələbə bu gün” adlanan səhifədə əslində bütün vaxtını dini elmlərə həsr etməli olan gənc ruhanilərin dindən kənar həyatının müxtəlif epizodlarını əks etdirən fotoları görmək olar.
Bu səhifənin əsasını bir İran mədrəsəsinin tələbəsi, əslən Məşhəd şəhərindən olan Məsud Zareiyan, mühafizəkar ruhanilərin imicini yaxşılaşdırmaq və onların da müasir həyatdan uzaq düşmədiklərini göstərmək üçün qoyub. İran ruhanisi onun barəsində yaranmış stereotipə görə odlu-alovlu moizələr oxuyan və “Qərb imperializmi”ni lənətləyən biridir.
İran liberalları ruhaniləri ölkə həyatının mənfi olan cəhətlərilə əlaqələndirirlər.

İran şahını devirmiş 1979-cu il inqilabının dalğasında məşhurlaşan bir çox ruhanilərin nüfuzu getdikcə azalıb. İndi bəzi iranlılar düşünürlər ki, bu mollaların moizələri ilə əməlləri tutmur.

Zareiyan dini seminariyanın tələbəsi olmaqla yanaşı, həm də sənədli filmlərin çəkilişi ilə məşğul olur, hərçənd dini hakimiyyətin tərəfdarıdır. Onun müasir ruhanilərin həyatının görünməyən hissəsini İnstagram-a çıxarmaq istəyini başa düşmək də olar. İnstagram İranda, istər şəhər gənclərinin, istərsə də cəmiyyətin mühafizəkar nümayəndələri arasında çox populyardır. Twitter və Facebook İranda rəsmən qadağan edilib.

O isbat etməyə çalışır ki, “bu səhifədəki fotolar müasir İranda ruhanilərin həqiqi sosial həyatını əks etdirir”. Yerli qəzetlərdən birinə müsahibəsində Zareiyan deyib ki, “bir çox adamlarda onlar barədə yanlış təsəvvür var. Mən inanıram ki, biz ruhani liderlərimizi mələklər kimi təsvir etsək, bu, adamlara inandırıcı görünməyəcək. Ruhani də adi insandır”

Bəziləri isə bu səhifənin arxasındakı məqsədləri şübhə altına alırlar. Ruhani xadimin uşaqlarla futbol oynadığını əks etdirən bir fotoya gələn şərhdə sual edilir: “Görəsən, bu bir insani rəğbətdən doğan hissiyyatdır, yoxsa insanlar üzərində nüfuz qazanılmasının yeni metodu?”


Material BBC Trending tərəfindən hazırlanıb.
















İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ