Argentinada mükəmməl bir layihə həyata keçirilib. Oxunmuş kitablar yenidən ağac ola bilsinlər deyə, oxunduqdan sonra əkilə bilən bir kitab hazırlanıb.
Argentinada Pequeno Editor Nəşriyyat evi “Mi Papá Estuvo en la Selva”(Atam Meşədə idi) adlı əl işi olan xüsusi kitab çap etdirib.
Əkilə bilən kitab proyekti 8-10 yaşlı uşaqlara təbii qaynaqların əhəmiyyətini izah etmək üçün xüsusi olaraq hazırlanmışdır.
Əl işi olan bu kitabın hər səhifəsi böyük diqqətlə hazırlanmış və toxumlar bir-bir əlavə edilmişdir.
Kitab eyni zamanda ekoloji mürəkkəb və asidsiz kağızdan istifadə edilərək düzəldilmişdir. Kitabın nəşrində əsas məqsəd, ağacların da uşaqlarla bərabər böyüyə biləcəyini göstərməkdir.
“Oxuduğumuz hər şey beynimizdəki kitabxananın bir parçasına çevrilir.”
Nəşriyyat evinin saytında yerləşdirilən açıqlamada bu mükəmməl layihə çərçivəsində çıxarılan kitabın həqiqətən də böyük məqsədlə hazırlandığını başa düşürük. Bu açıqlamada deyilir: “Oxuduğumuz hər şey beynimizdəki kitabxananın bir parçasına çevrilir. Buna görə də, oxumaq içimizdə kök salan və bizi dəyişdirən bir fəaliyyətdir. Bir kitabı əkmək isə insanları təbii qaynaqlar mövzusunda daha da diqqətli olmağa səsləmək üçün edilən fəaliyyətdir.”