"Şou-biznes əhlinə xalqımız bu gün nifrət edir"
lunar.az xəbər verir ki, Xalq artisti Nazpəri Dostəliyeva efirə çıxıb. Efirlərdə ona qoyulan qadağa tilsimini qıran Xalq artisti maraqlı fikirləri ilə yadda qalıb.
ANS telekanalında "Deməsək olmaz" verilişinin qonağı olan xalq artisti məşhur insanların davranışından danışıb. Nazpəri Dostəliyevanın efirdə dediklərini təqdim edirik:
"Həmişə demişəm, bir televiziyanın səviyyəsi onun rəhbərliyinin simasıdır. Əgər o rəhbərlik televiziya işindən başı çıxmırsa işləməməlidirəsinlər. İşləmƏgər bugün televiziyalarımız xalqı maarifləndirən verilişlər edə bilmirsə, həmin televiziyanın rəhbəri işdən çıxsın işləməsin. Bir insan özünü apara bilmirsə, onu televiziyaya çıxarmaq olarmı? Özünü apara bilməyən müğənnilər televiziyaya çıxır. Maddi imkan hesabına efirə çıxırlar. Ağsaqqal sənətkarlarımız efirdə yoxdur. Mən xalqın içərisində oluram. Şou əhlinə xalq bugün nifrət edir. Fanatı olan müğənnilər də bu gün hörmətsizdir. Qurunun oduna yaş da yanır. Aparıcılar müğənniləri təlxək yerinə qoyub oynadırlar.
Qeyd edək ki, Nazpəri Dostəliyevaya ANS istisna olmaqla, digər telekanallar efir qadağası qoyub.