Bakı Metropoliteni dekabrın 31-də gecə saat 01:00-dək işləyəcək.
lunar.az "Report"a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, bayram günlərində Metropoliten gücləndirilmiş iş rejimində işləyəcək.
"Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Metropoliten saat 01:00-dək, ehtiyac yaranarsa, daha da artıq işləyəcək. Çünki adətən, Milli Parkda keçirilən atəşfəşanlığı izləyənlərin sayı çox olur və sərnişinlər əsasən metrodan istifadəyə üstünlük verirlər", - deyə N.Paşayev əlavə edib.
Qeyd edək ki, adi günlərdə Bakı metrosu saat 06:00-dan 00:00-dək işləyir.