Pomidordan pirojkilər
Tərkibi:
Xəmir üçün:
Un – 3-3,5 st.
Su (qaynar) – 1 st.
Bitki yağı – 4 x.q.
Şəkər – 1 ç.q.
Duz – 1 ç.q.
İçlik üçün:
Pomidor – 5 əd.
Brınza pendiri (yaxud kəsmik) – 200 q.
Sarımsaq – 2 diş
Göyərti, duz
Hazırlanması:
Pomidorları dairəvi doğrayın. Brınzanı çəngəllə kəsin. Kəsmik istifadə edirsinizsə, duzlayın. Sarımsağı və göyərtini xırda doğrayın və ərzaqları qarışdırın.
Qaynar suya duz və şəkər töküb, bitki yağı əlavə edin. Üzərinə un gəzdirin. Yumşaq xəmir yoğurun. 30 dəqiqə saxlayın. Xəmiri iki hissəyə bölün və nazik yayın. İçərisinə pomidor qoyun və qarışdırılmış ərzaqları da pomidorun üzərinə əlavə edin. Yayılmış digər xəmiri üzərinə örtün. Stəkanla yumru şəkildə kəsin. Və qıraqlarını əlinizlə birləşdirin. Pirojkiləri yağda qızardın.