Tərkibi:Maye yağ:
1 stəkanMineral qazlı su:
1 stəkanYumurta:
4 ədədŞəkər tozu:
2 stəkanVanil:
1 ədədUn:
4 stəkanQabartma tozu:
1 ədədGilas və ya mandarin (mövsümünə və zövqə görə):
50 qramHazırlanması:Piroqu hazırlamaq üçün əvvəlcə yumurtaları dərin bir qaba qırırıq. Qırdığımız yumurtaların üzərinə şəkəri əlavə edirik və möhkəmcə çalıb qarışdırırıq. Budan sonra şəkərli yumurtanın üzərinə qazlı mineral su və yağı da əlavə edirik. Bunları da qarışdırırıq. Şəkər, yumurta, qazlı mineral su və yağ bir – birinə tam olaraq qarışmalıdır.
Bundan sonra ayrı bir qaba qabartma tozu, vanilin və unu əlavə edərək yaxşıca qarışdırırıq. Un, vanil və qabartma tozu qarışığını biraz əvvəl hazırladığımız yumurta qarışığına əlavə edirik. Bunları möhkəmcə qarışdırırıq və çırpırıq.
Piroq hazırlayacağımız qəlibi maye yağ ilə yağlayırıq. Bu zaman piroq qəlibə yapışmır. Hazırladığımız xəmiri bu qəlibə əlavə edirik.
Gilasları yuyuruq. Mandarin istifadə ediləcəksə, qabıqlarını soyub hazırlayırıq. Hazırladığımız gilas və ya mandarin dilimlərini qəlibə yerlədirdiyimiz xəmirin üzərinə səliqə ilə düzürük.
Bu arada duxovkanı 180 dərəcə temperatura isidirik. Duxovka istədiyimiz temperatura qədər isindikdən sonra içərisində piroq xəmiri olan qəlibi duxovkaya yerləşdiririk. Burada piroq 40- 45 dəqiqə bişir.