Desə qəmin çoxdur həkim,razıyam, Üzsün taqətimi yüküm,razıyam. Sənin də dərdini çəkim razıyam Təki sən ağlama,sən ah eləmə...
İnan əhdimdəki sədaqətimə, Bələd ol eşqimə,cəsarətimə Dəyər ver,dəyərli məhəbbətimə Bundan artığına tamah eləmə... Şirin rəftarınla xoşa gələrsən, Qəlbindən acını,qəmi silərsən Sən məni bu gün də sevə bilərsən Hər dəfə “bugün”ü “sabah” eləmə...
Mən sənə heyranam,qəlbim qəlbinə Özgəni gətirmə bir də fikrinə Bu ürək möhtacdır axı sevginə Sevmirəm deyərək günah eləmə...
Əlimdən nə gəlir,acıyam belə Ağ atlı oğlanı gözlə sən hələ, Əgər sevmirsənsə,susub tərk elə Mənə sevgi nədir izah eləmə...