Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Yeni bahalı smartfon təqdim olundu: titan qatışığı, kərtənkələ dərisi... - 5000-14000 dollar dəyərində
Yeni bahalı smartfon təqdim olundu: titan qatışığı, kərtənkələ dərisi... - 5000-14000 dollar dəyərində
loading...
Orijinal Vertu mağazalarınn bütün dünya üzrə bağlanmalarndan sonra bu brend Çin bazarında öz gücünü sınamağa çalışır və beləliklə bu bazarda özünün ikinci smartfon modeli olan Vertu Aster P-ni təqdim edib.

Lunar.az Technote-a istinadən bildirir ki, tanınan dizayna sahib yeni Vertu modeli 1920x1080 piksel keyfiyyətli 4.97 inç AMOLED ekranla təchiz olunub. Ekranın özü isə sapfir şüşə vasitəsilə qorunur. Smartfonun gövdəsi titan qatışığından hazırlanıb və əsl dana dərisi ilə əhatə olunub.

Bundan əlavə olaraq yeni Vertu modelinin timsah, kərtənkələ və dəvəquşu dərisi ilə əhatə olunmuş versiyaları da var. Qeyd etmək lazımdır ki, yeni Vertu Aster P tamamilə əl ilə yığılır. Texniki göstəricilərə gəldikdə isə yeni Vertu modeli müasir smartfonların səviyyəsinə çatmır. Belə ki, Vertu Aster P 8 nüvəli Snapdragon 660prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş (microSD dəstəyi yoxdur), 12 MP-lik arxa kamera, 20 MP-lik ön kamera və 3200 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Smartfon sürətli enerji yığma özəlliyinə sahibdir və şarj prosesi USB Type-C girişi vasitəsilə edilir. Smartfon 30 dəqiqəyə 60% enerji yığmaq özəlliyinə sahibdir. Bununla yanaşı yeni Vertu həmdə naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Beləliklə standart qara rəngli Vertu Aster P-nin qiyməti 5000$ təşkil edir. Smartfonun sarı qızıl ilə bəzədilmiş versiyasının qiyməti isə 14.000$-dır. Vetu Aster P 30 Oktyabr tarixində satışa çıxacaq.




loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 404
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!