Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Enrike İqlesiasın qucağına tullanan qız iranlı imiş - fotolar+video

Enrike İqlesiasın qucağına tullanan qız iranlı imiş - fotolar+video

Enrike İqlesiasın qucağına tullanan qız iranlı imiş - fotolar+video


Dünya ulduzu Enrike İqlesiasın Bakı konserti maraqlı şousu ilə yanaşı, gənc bir qızın ifaçının qucağına tullanmasıyla da yadda qalıb.

lunar.az istisanda Axsam.az xəbər verir ki, qızın bu addımı birmənalı qarşılanmayıb, hər kəs onu bu hərəkətinə görə qınayıb, təhqir edib. Sosial şəbəkələrdə bu cür hərəkəti azərbaycanlı bir xanıma yaraşdırmayanların sayı-hesabı yox idi. Ötən gün isə qızın Roberta Lanzoni adlı italyan turist olduğu xəbəri yayılıb.

Lanzoni sosial şəbəkədə Enrikenin fotosunu paylaşaraq, şərh yazıb və bir çoxları həmin hərəkəti edənin o olduğunu zənn edib. Paylaşımın altına saysız şərhlər yazıldığını görən Lanzoni həmin xanımın o olmadığını bildirərək “Bu videonu bir fan səhifədən götürdüm. Bu xanım mən deyiləm” sözlərini bildirib.

Əslində isə Enrike İqlesiasın qucağına atlanan qızın İrandan gələn turist olduğu ortaya çıxıb.

Müğənninin pərəstişkarı olan Helia adlı qız bu hərəkəti ilk dəfə etmədiyini vurğulayıb.

“Bir daha mən və Enrike... Aman Allahım yenə Enrike. Mühafizəçiləri lənətə gəlsin. Bu gecə ikinci dəfə idi” deyə, Helia fotolarının altından yazıb.

O, ilk dəfə bu cəsarətli addımını ötən il avqustun 22-də atdığını bildirib.

Əldə etdiyimiz məlumata görə, Tehrandan "Formula 1" üçün Bakıya gələn Helia Bakı otellərindən birində qalır.



[media=https://youtu.be/NrYVvYLX_NU]
























SENINEM от 20 iyun 2016 12:48
adamin uste allah var gozeldi qiz xeebere gore tewekkurler wink
--------------------
yoxduu
Inara от 26 iyun 2016 19:00
xebere gore sagol
BANDITKA от 30 iyun 2016 16:28
qeweng qizdi tewekkurler xebere gore
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ