Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İtkin düşən neftçilərdən birinin cəsədi tapılıb

İtkin düşən neftçilərdən birinin cəsədi tapılıb

İtkin düşən neftçilərdən birinin cəsədi tapılıb

ANS PRESS-in məlumatına görə, yanvarın 29-da axşam saatlarında Xəzər dənizinin Türkmənistan sektorunda cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə diplomatik kanallarla məlumat verilib.

Yaxın saatlarda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və “Azneft” İB-nin işçiləri ilə birlikdə cəsədin tanınması və Respublikaya gətirilməsi üçün Türkmənistana yola düşəcəklər.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

4 dekabr 2015-ci il tarixində “Günəşli” yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən 33 nəfər xilas olub, 11 nəfər həlak olub (Əlavə 1) və 19 nəfər (Əlavə 2) itkin düşüb.

Eyni zamanda həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər (Əlavə 3) işçisi itkin düşüb. “Günəşli” yatağından təxliyyə edilmiş işçilərə lazımi tibbi yardım göstərilib, bir nəfər isə Ələkbərov Bəxtiyar Söhrab oğlu yanıq xəsərəti ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alır.

Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardır:

1 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
2 Rzaxanov Edik Rivazin o. 15.01.1983
3 Babazadə Tural Fətəli o. 01.09.1993
4 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
5 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
6 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
7 Abdullayev Adil Ələkbər o. 19,02,1953
8 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
9 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
10 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
11 Niyazov Seyfəddin Abil o. 09.02.1968
12 İskəndərov İnqilab Osman o. 29.11.1957
13 Mayborda Oleq Akimoviç 21.11.1971
14 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
15 İbrahimov Xalid Bəşir o. 12.08.1971
16 Həsənov Zaur Vahid o. 24.12.1975
17 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
18 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
19 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
20 Xəlilov Zaur Arif o. 15.09.1975
21 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
22 Əliyev Əyyub Xəlil o. 22.07.1973









Prinsesa от 31 yanvar 2016 18:26
Allah rehmet etsin...
Miriş Soltanov от 31 yanvar 2016 20:09
ALLAH RƏHMƏT ELƏSİN:
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ