Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Kredit almaq istəyənlər üçün XƏBƏR - QAYDALAR sərtləşdirilib

Kredit almaq istəyənlər üçün XƏBƏR - QAYDALAR sərtləşdirilib



2016-cı ilin aprel ayında Azərbaycanda istehlak kreditlərinin verilməsi 7,19 milyard manat azalıb ki, bu, mart ayının göstəricisi ilə müqayisədə 5,15% azdır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc olunmuş hesabatında qeyd olunub.

Hesabata görə, il ərzində istehlak kreditləşməsi 12,32% azalıb.


Mövzu ilə bağlı lunar.az istisnada bildirki ATV.az-a açıqlama verən iqtisadçı Samir Əliyev bildirdi ki, istehlak kreditlərinin azalmasında əsas səbəb, bununla bağlı qaydalarının sərtləşdirilməsi və kreditlərin xarici valyutada verilməsidir
:




“Məlum olduğu kimi, bu gün istehlak kreditlərinin verilməsi proseduru xarici valyuta ilə həyata keçirilir. İnsanlar isə xarici valyutada verilən kreditləri götürməkdə maraqlı deyil. Çünki ötən il baş verən devalvasiya nəticəsində manatın dəyərinin 2 dəfə itirilməsi kredit ödənişlərini də 2 dəfə artırdı. İnsanlar bu səbəbdən dollarla yenidən kredit götürməyə risk etmirlər.

İkinci səbəb isə, qeyd etdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının istehlak kreditlərinin verilməsi qaydalarını sərtləşdirməsidir. Aprel ayında bildiyiniz kimi dollarla olan istehlak kreditlərinin verilməsi dayandırıldı. Bu proses sonradan may ayında bərpa edilsə də, şərtləri ağırlaşdırıldı. Şərtlərin ağırlaşdırılması isə bu gün istehlak kreditlərinin azalmasına gətirib çıxardı.

Düşünürəm ki, yaxın aylarda da azalma davam edəcək”.


Qeyd edək ki, bankların ümumi kredit portfelinin 38,3%-ni istehlak kreditləri təşkil edir. İkinci yerdə isə tikinti və daşınmaz əmlak kreditləşməsi yer alır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ