Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycan Respublikası

Azərbaycan Respublikası

Azərbaycan Respublikası


Azərbaycanda məskunlaşma qədim dövrlərə gedib çıxır. Məskunlaşmanın qədim izlərinə Daş dövrünə aid çənə sümüyü tapılmış Azıx mağarasını, Mezolit dövrü nümayiş etdirən Qobustandakı qaya üstü rəsmləri və arxeoloji tapıntıları, Tunc dövrünə aid Gəmiqaya petroqliflərini və Manna mədəniyyətini əks etdirən Həsənlunu göstərmək olar.

Azərbaycan ərazisində yaranan ilk dövlət Mannadır. Daha sonra Azərbaycan Midiya, Əhəmənilər və Sasanilər imperiyalarının tərkib hissəi olmuşdur. Azərbaycan adının yaranmasının versiyalarından biri olaraq Atropatenanın banisi Atropat olaraq göstərilir Əhəməni canişini olan Atropat Makedoniyalı İskəndərin inamını qazanmamış onun və Perdikkinin ölümündən sonra yeni dövlətin əsasını qoymuşdur. Bu dövrlərdə Azərbaycan əhalisi atəşpərəstliyə sitayiş edirdi. Eramızın I əsrlərindən Qafqaz Albaniyasında yayılmağa başlamış xristianlıq Çar Urnayr tərəfindən dövlət dini elan edilmişdir. Xristianlıq VII əsrdə ərəblərin gəlişinə qədər bölgədə hakim olmuşdur.

Azərbaycan Ərəb Xilafəti, Səlcuqlar, Atabəylər, Monqol İmperiyası və Cəlairilər dövlətinin tərkib hissəi olmuşdur. Təbrizdə hakimiyyəti ələ keçirən Qara Yusif 1411-ci ildə Sultan Əhmədə oğulluğa verdiyi Pirbudağı hakimiyyətə gətirmişdir və Azərbaycanda Cəlairilərin və teymurilərin hakimiyyəti bitmişdir. Anadoluda qüvvə toplayan İsmayıl 1501-ci ildə Ağqoyunlu dövlətinin birinci qolunu, 1503-cü ildə ikinci qolunu süquta uğratmışdır. 1538-ci ildə Şirvanşahlar dövləti, 1551-ci ildə Şəki hakimliyi Səfəvilər tərəfindən süquta uğradılmışdır.

XVIII əsrin II yarısında Azərbaycanda vahid dövlətin olmaması Gülüstan müqaviləsi ilə Azərbaycanın Rusiya və İran imperiyaları arasında bölüşdürülməsinə gətirib çıxartmışdır. Azərbaycanda 1918-ci il 28 mayda Azərbaycan Demokratik Respublikası və 1991-ci il 18 oktyabrda Azərbaycan Respublikası yaradılmışdır.










Sadiqov от 20 yanvar 2016 20:09
İlk Xeberin ugurlu olsun :good_mini:
--------------------
Suzana от 20 yanvar 2016 20:16
Ilk xeberiin mubarek axarli baxarli davamli olsun insallah
--------------------
LoVe Fire от 20 yanvar 2016 20:27
Ilk xeberiniz mubarek axarinci olsun.
--------------------
Miriş Soltanov от 20 yanvar 2016 20:42
Thank You Friend`s))
Esgeroov
Esgeroov от 25 fevral 2016 22:59
Ezyet Cekib PAylawmisiz Elnize Saliq
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ