loading...
loading...
Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Sürücü yol polisinin videosunu yaydı: söyülən özü oldu - VİDEO
Sürücü yol polisinin videosunu yaydı: söyülən özü oldu - VİDEO
loading...
Vaqif Əsədov: "Sürücü məsuliyyətdən yayınmaq üçün bu hərəkəti edib"

Sosial şəbəkələrdə sürücünün yol polisi ilə dialoqu birmənalı qarşılanmayıb.

Lunar.az avtosfer.az-a istinadən xəbər verir ki, yol polisi sürücünü saxlayır. Sürücü isə şüşəni endirmədən yol polisində əlcək və maskada olmadığını bəhanə gətirir. Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun dediyini bildirir.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlamasında Vaqif Əsədov bildirib ki, yol polisinin verdiyi tövsiyə xarakteri məsələləri qanun kimi təqdim etmək yolverilməzdir. "Təbii ki, bu həssas məqamda tibbi maska və əlcəyin istifadə olunması barəsində vətəndaşlara tövsiyə edilir. Həmçinin yol polisləri də vətəndaş olaraq buna əməl etsələr yaxşı olar. Amma bunu bəhanə edərək məsuliyyətdən yayınmaq doğru deyil. Düşünürəm ki, vətəndaşlar bundan sui-istifadə hallarına yol verməyəcək."

Vaqif Əsədov bildirib ki, həmin videonu yayan şəxsin əməlinə elə vətəndaşlar özləri cavab verəcək. "Çünki yol polisi ilə yanaşı vətəndaşlar da gigiyenik qaydalara əməl etməlidirlər. Lakin videodan da görünür ki, sürücü əvvəlcədən hazırlıq görüb. Onun bu cür intizamsız hərəkəti barədə araşdırma aparılır. Sürücünün bu hərəkəti sadəcə olaraq məsuliyyətdən yayınmaq xarakteri daşıyır."

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, sürücünün bu addımı ən azından əxlaq normalarına uyğun deyil. "Sürücü özü nə tibbi maska, nə də əlcəkdən istifadə etmir. Amma yol polisinə irad tutur. Heç olmasa bir pəncərəni aç. Bəlkə qarşıda hansısa təhlükə var və yol polisi sizi xəbərdar etmək istəyir."

Elməddin Muradlı sürücünün məsuliyyətdən yayınmaq üçün bu cür addım atdığını bildirib. "Görünür ki, qayda pozuntusu edib. Məsuliyyətdən yayınmaq üçün də belə addım atır. Guya öz aləmində düşünür ki, yaxşı iş görüb və onu alqışlayacaqlar. Amma elə sosial şəbəkədə sürücünün özünün tənqid obyektinə çevrildiyini şahidi oluruq. Belə həssas məqamda bu cür addımlar insanlarda ikrah hissi yaradır. Düşünürəm ki, bu cür videolar yaymaq əxlaq normalarına zidd olduğu kimi həm də yolverilməzdir."



loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 495
loading...





  • Foto.Lunar.az
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.
    Reklam
    Musiqim.az
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!