Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
2002-ci il təvəllüdlü yeniyetməyə bıçaqla hədə-qorxu gələrək, ondan 200 manat aldı

2002-ci il təvəllüdlü yeniyetməyə bıçaqla hədə-qorxu gələrək, ondan 200 manat aldı

Bakı şəhəri, Səbail rayonu, 9-cu Polis Bölməsinin əməkdaşlarının noyabrın 5-də keçirildiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yetkinlik yaşına çatmayan şəxsə hücum etməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Lunar.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayət noyabrın 2-də saat 12:30 radələrində İçərişəhərdə Müslüm Maqomayev küçəsində törədilib.

Naməlum şəxs 2002-ci il təvəllüdlü Cavanşir Rüstəmbəyliyə bıçaqla hədə-qorxu gələrək, ondan 200 manat alıb.

Məlum olub ki, yaxalanan şəxs 1997-ci il təvəllüdlü Orxan Tağıyev bundan əvvəl narkotik maddə saxladığına görə həbsdə olub.

Faktla bağlı cinayət işi açılıb. İstintaq davam edir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ