Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Rusiya müdafiə nazirinin İrana təcili səfəri

Rusiya müdafiə nazirinin İrana təcili səfəri

Rusiya müdafiə nazirinin İrana təcili səfəri

Sergey Şoyqu-Rusiyanın müdafiə naziri
Rusiya müdafiə naziri Sergey Şoyqu İrana rəsmi səfərə gedib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, S. Şoyqu səfər çərçivəsində İran prezidenti Həsən Ruhani və müdafiə naziri Hoseyn Dehqan ilə görüşəcək.

Rus mətbuatı hazırda S. Şoyqunun İran prezidenti ilə görüşünün başlandığı barədə məlumat yayıb. Hələlik görüşün motivləri barədə heç bir məlumat verilmir.

Gözlənilməz səfər Suriyada güc tətbiqinin dayandırılması ilə əlaqədar aparılan diplomatik danışıqlar ərəfəsinə təsadüf edir. Şoyqu daha əvvəl Suriya müdafiə naziri Fahed Casem Əl-Freclə də görüşüb. Böyük ehtimalla, Suriya münaqişəsində müttəfiq kimi çıxış edən bu üç ölkə yaxın günlərdə gözlənilən Vladimir Putin - Barak Obama görüşü öncəsi məsləhətləşmələr aparır.

Həsən Ruhani-İran prezidenti
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putinun görüşü barədə məlumat isə Rusiya xarici işlər naziri Serqey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında baş tutan baş tutan telefon danışığından sonra yayılıb.

Sergey Şoyqunun İrana səfərində Moskvanın bu ölkəyə 9 milyard dollarlıq silah satması barədə imzalanmış müqavilə çərçivəsində məsələlər də müzakirə edilə bilər. Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin fevralın 20-də verdiyi açıqlamasında İranın ilkin razılaşmadakından əlavə də S-300 zenit-raket kompleksləri almaqda maraqlı olduğunu bildirmişdi. Rusiya və İran S-300 zenit-raket komplekslərinin satışına dair ilkin müqaviləni ötən ilin noyabrında imzalayıblar.








Esgeroov
Esgeroov от 28 fevral 2016 11:18
Paylawiqniz Ucun Tewekurler )
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ