Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
"Neft" 200 dollar olacaq
loading...
"Neft" 200 dollar olacaq

“Neftin qiyməti 200 dollara qalxacaq”. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bunu Ekvadorun prezidenti Rafael Korrea deyib. Prezident jurnalistlərə açıqlamasında neftin qiymətinin kəskin artımının yaxın gələcəyə proqnozşladırıldığını deyib.

Onun sözlərinə görə, ucuz qiymətlər üzündən neft sektoruna sərmayə qoyuluşunun dayandırılması, rentabelliyini itirdiyi üçün ABŞ-da yüzlərlə neft quyusunun bağlanması ona gətirib çıxaracaq ki, yaxın gələcəkdə neftin 1 barelinin qiyməti 200 dollara qədər yüksələcək.


“Rusiya və Səudiyyə Ərəbistanının neft razılaşması mənasızdır”.
Prezident deyib ki, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatının yanvar ayı səviyyəsində saxlanması barədə razılıq əldə ediblər. Daha sonra Venesuelanın neft naziri neft hasilatının dondurulması haqqında qərara Ekvador, Əlcəzair, Nigeriya və Omanın da qoşulduğunu, Küveytin qərarı dəstəklədiyini açıqlayıb.

Prezident düşünür ki, neft hasilatının səviyyəsini 11 yanvar tarixindəki göstəriciyə uyğun dondurmaq qərarı İran, Rusiya və Venesuela ilə münasibətlərdəki geosiyasətlə əlaqədar ola bilər. Ancaq o istənilən halda bunun müsbət addım olduğunu deyib. "Rusiya və Səudiyyə Ərəbistanının danışıqlar masası arxasına oturması pozitiv əlamətdir".


Ekvador prezidenti Rafael Korrea
Sonuncu dəfə OPEK üzvləri neft hasilatı səviyyəsinə dair 15 il əvvəl razılığa gəliblər. Dünya bazarında neft hasilatının artması neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələnib. Buna əsas səbəb kimi ABŞ və “Altılıq” ölkələrinin İrana qarşı tətbiq edilən sanksiyaları aradan qaldırması və ABŞ-ın 40 illik qadağadan sonra neft hasil etməyə başlaması göstərilir. 695 milyon barel neft ehtiyatı olan və onun 8%-ni satmağı planlaşdıran ABŞ ötən aydan neft hasil etməyə başlayıb.

Qara qızılın qiymətində azalma ötən ilin əvvəllərindən başlayıb. Son bir ildə qiymətlər 4 dəfə ucuzlaşıb. Son 10 ildə ilk dəfə olaraq neftin qiyməti 30 dollardan da aşağı düşüb.

Bu gün olan məlumata görə, dünya birjalarında "Brend" markalı neftin qiyməti 33,01 dollardır.


loading...
loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 269
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Offline
    Prinsesa
    Aboooooo9ooooo
    20 февраля 2016 22:28
    # 1
    Offline
    Sadiqov
    Insallah yaxsi olar deye deye bataciq )
    20 февраля 2016 23:32
    # 2
    Offline
    LoVe Fire
    Xebere gore tewekkurler ellerina saxliq.
    20 февраля 2016 23:38
    # 3
    Esgeroov
    inwALLAH Her Wey yaxwi olar
    21 февраля 2016 00:53
    # 4
    Offline
    Miriş Soltanov
    Sağolun Sizlərədə Təşəkkürlər.Amma Əsas Azerilight Nefti-nin Qiyməti Hələlik ki, Bahadı:
    21 февраля 2016 19:18
    # 5
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!