Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
8 yaşlı uşağı zorla atasından alıb, anasına verdilər - VİDEO
8 yaşlı uşağı zorla atasından alıb, anasına verdilər - VİDEO
loading...
Məhkəmə icraçıları qərara uyğun olaraq 8 yaşlı uşağı atasından alaraq anasına verməyə çalışır.

Lunar.az sonxəbər-ə istinadən məlumat verir ki, atası ilə yaşamaq istəməyən azyaşlı qız müqavimət göstərir.

Sözügedən məsələni araşdırmaq üçün azyaşlının valideyni Firdovsi Məmmədovla əlaqə saxladıq. Məlum oldu ki, Firdovsi Məmmədov ailəli olduğu halda 8 il bundan öncə Vəliyeva Günellə qeyri-rəsmi nikaha daxil olub və o nikahdan Leyla adlı qızı dünyaya gəlib. Leylanın 4 yaşı olanda isə onlar arasındakı münasibət sona çatıb. Belə olduğu halda, G.Vəliyeva 4 yaşlı Leylanı atasına verərək onları tərk edir.

F.Məmmədovun sözlərinə görə, hazırda 8 yaşlı olan Leyla bu illər ərzində onu böyüdüb boya-başa çatdıran qadını (atasının həyat yoldaşı) öz anası bilir.

Məhkəmənin qərarı ilə anasına verilən uşaq buna görə müqavimət göstərir:

"Mənim öz ailəm var. Bu xanımla qeyi-rəsmi münasibətdə olduğum müddətdə Leyla adlı bir qızımız dünyaya gəldi. Leylanın 4 yaşında anası Günel uşağı gətirib qapımıza atdı. Bütün paltarlarını da yığıb gətirdi ki, bu uşaq mənə lazım deyil. İki il keçdikdən sonra yenidən uşağı aparmağa gəldi. Mən də uşaqla görüşməyinə icazə verirdim. Lakin gördüm ki, uşağı hər dəfə gecə 12-dən sonra evə gətirirdi. Bu söhbətə görə onunla mübahisəm düşdü. Mingəçevir şəhər məhkəməsinə müraciət etdim və lehimə qərar verildi. Yəni, uşaq mənim himayəmdə qalmalı oldu. Sonra anası Apelyasiya məhkəməsinə müraciət etdi. Onların əleyhimə olan qərarından sonra mən də Ali məhkəməyə müraciət etdim. Məhkəmənin qərarı ilə uşaq azyaşlı olduğuna görə anasına verilməli oldu. Nə dərəcədə düzgündür, onun qolunu buraraq aparmaq?! Mənim özümün Leyladan başqa 3 uşağım var, Leyla onlarla birgə böyüyüb. Həyat yoldaşımı öz anası kimi bilir. Dəfələrlə anasına zəng etmişəm ki, uşaq səni istəyir, gəl, görüşün. Hər dəfə gah Qəbələdə, gah da Şəkidə istirahətdə olduğunu bildirib. Üstəlik, zəng edib narahat etməməyimi də tələb edib. Bu uşağa niyə psixoloji təsir edib, məcburi yolla aparırlar?! Bu gün uşaqla görüşdüm, rəngi ağappaq olmuşdu. Elə bil keyitmə dərmanı vurulub uşağa...

O, keçmişdə qeyri-rəsmi münasibətdə olduğu xanımının Göyçayda restoranlardan birində müğənni kimi çalışdığını da gizlətməyib.








loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 514
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!