Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bakıda müəllim qız şagirdinin açıq-saçıq görüntülərini yaydı - MƏKTƏBDƏN AÇIQLAMA

Bakıda müəllim qız şagirdinin açıq-saçıq görüntülərini yaydı - MƏKTƏBDƏN AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib.Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib. Məsələ ilə bağlı BiG.AZ saytı 82 saylı orta məktəblə əlaqə saxlayıb.



Məktəbdən Lunar.az-a verilən məlumata görə, sözügedən hadisə ilə bağlı valideyinin iddiası öz təsdiqini taparsa həmin müəllim haqqında lazımi ölçü götürüləcək:

"Məktəbin direktoru Leyla xanım hazırda məktəbdə deyil. Hadisəni biz özümüz də mətbuatda oxuduq. Əgər iddialar öz təsdiqini taparsa həmin müəllim barəsində tədbir görüləcək. Əlbəttə ki, bu işlərə Bakı şəhəri üzrə Təhsil İdarəsinin qərarı ilə olacaq".

Qeyd edək ki, hadisə ilə bağlı rəsmi məlumatı Bakı şəhəri üzrə Təhsil İdarəsi yayacaq.



Xatırladaq ki, məlumatı Report.Az saytı yayımlayıb.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ