Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Umac halvası belə bişirilir - RESEPT
Umac halvası belə bişirilir - RESEPT
loading...
Azərbaycan mətbəxinin ən qədim və ləzzətli şirniyyat növlərindən biri halvadır. Əsasən orucluqda və yas mərasimlərində çalınan halva əvvəllər bayram süfrələrinin də bəzəyi olub. Halvanın demək olar ki, hər bölgəmizə uyğun müxtəlif növləri var. Tər halva, çərəzli halva, səməni halvası və sair. Lunar.az bu dəfə sizə umac halvasının hazırlanma qaydasını təqdim edir.


Lazım olanlar:


1 kq un

Yarım kilo kərə yağı


Şərbət üçün:


1 kq şəkər tozu

3 stəkan su
1 çay qaşığı sarıkök
Darçın (istəyə görə)


Hazırlanması:

Şərbəti bişirmək üçün suya şəkər tozu və sarıkök töküb qaynadın. Mət olduqda ocaqdan götürün.

Unun üzərinə su səpib əlinizlə ovxalayın və umac hazırlayın. Sonra bunu xırda gözlü sürtgəcdən keçirin. Ələyib ununu çıxarın, təmizlənmiş umacı quru dəsmalın üzərinə sərib qurudun.

Kərə yağını əridin, umacı qaynar yağın içərisinə töküb taxta qaşıqla tez-tez qarışdırın. Umac sarı-qızılı rəngə çalanda və yağını buraxanda üzərinə qaynar şərbət tökün. Yaxşı qarışdırıb altını söndürün.

Servis edərkən düz boşqaba yığıb, qaşıqla üzərini naxışlaya bilərsiniz.

Nuş olsun!


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 437
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!