Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
"Üzdüyü yerdə..." -Sumqayıtda 25 yaşlı tibb bacısının müəmmalı ölümü...YENİLƏNİB
loading...
"Üzdüyü yerdə..." -Sumqayıtda 25 yaşlı tibb bacısının müəmmalı ölümü...YENİLƏNİB


İyulun 27-də Sumqayıtda "Term" İdman-Sağlamlıq Kompleksində gənc qızın ölümü ilə bağlı cinayət işi başlanıb.

lunar.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda faktla bağlı istintaq əməliyyat tədbirləri aparılır.

Xatırladaq ki, dünən Sumqayıtda "Term" İdman-Sağlamlıq Kompleksində 25 yaşlı Ülkər Elxan qızı kompleksin üzgüçülük hovuzunda boğulub. Mərhumənin yaxınları bildirib ki, Ülkər hər il yay tətilində adıçəkilən kompleksə üzməyə gəlirmiş və üzgüçülük həvəskarı olub. İyulun 27-də kompleksə gələn Ülkər yenidən hovuzda üzməyə başlayıb. Bir müddətdən sonra onda qəfil ürək tutması baş verib və boğulub. Hovuz nəzarətçilərinin dərhal hadisəyə müdaxilə etməsinə və ona süni nəfəsin verilməsinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Ülkər hadisə yerində dünyasını dəyişib.

Yaxınları bildiriblər ki, Ülkər ürək xəstəliyindən əziyyət çəkirmiş./trend/

11:31
Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhərində yerləşən idman kompleksində 1991-ci il təvəllüdlü Ülkər Muradova üzgüçülük hovuzunda boğularaq dünyasını dəyişib.

lunar.az xəbər verir ki, kompleksin meneceri Elnur Hüseynov AzVision.az-a açıqlamasında bildirib ki, Ülkər Muradova professional üzgüçü olub.

Menecerinin sözlərinə görə, dünyasını dəyişən xanımın ürəyində problem olub: “Ülkər xanım hər yay fəslində bizim kompleksə gəlirdi. Yəqin ki, xanımın ürəyində problem yaranıb. Çünki suda boğulan şəxs ən azından köməyə kimisə çağırar, qışqırardı. Bu hadisə boğulma olmadan baş verib. Hər gün olduğu kimi nəzarətçilər orada olub. Nəzarətçilər xəbər tutan kimi dərhal xanımı sudan çıxarıblar. İlki yardım göstərilib, süni nəfəs verilib. Daha sonra həkimlər gəlib. Ülkər xanım 3-4 ilə yaxındır ki, bizim idman kompleksində qeydiyyatda olub. Ülkər xanım professional üzgüçü olub”.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır.

***
Ötən gün axşam saatlarında Sumqayıt şəhərində yerləşən idman komplekslərinin birinin üzgüçülük hovuzunda ölüm hadisəsi qeydə alınıb.

lunar.az bildirir ki, xeberle.com hadisənin "TERM" idman kompleksində baş verdiyi ilə bağlı məlumat əldə edib. Belə ki, idman kompleksinin hovuzunda üzən 1991-ci il təvəllüdlü, 1-ci məhəllə sakini Ülkər Muradova boğularaq dünyasını dəyişib. Ehtimala görə, hadisə nəzarətçilərin diqqətsizliyi üzündən baş verib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, mərhum Ülkər Qubadlı Rayon Xəstəxanasında işləyirdi.


loading...
loading...
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 365
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Offline
    MeLeK
    ALLAH YAXINLARINA SEBR VERSIN...bele xesteni gerek nezaretsiz buraxmazdilar..bele istde olmaz ona tengenefes eden hereketler
    28 июля 2016 17:20
    # 1
    Offline
    Suzana
    Allah rehmet etsin ...Allah onunda omrunun bura kimi yazib
    28 июля 2016 20:31
    # 2
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!