Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Azərbaycanda yol polisi ləğv olunsun - ŞOK TƏKLİF
Azərbaycanda yol polisi ləğv olunsun - ŞOK TƏKLİF
loading...
Azərbaycanda yol polisi ləğv olunsun - ŞOK TƏKLİF



"Özüm də dəfələrlə avtomobil idarə edən zaman yol polisinin reket və qanundankənar, oğru və hiyləgər davranışlarının çox şahidi olmuşam. Rüşvət almalarına, şantaj etmələrinə, qanunu bilməyənlərin biliksizlikindən istifadə edib, sürücülərin başına torba hörmələrinə də şahidlik etmişəm. Onu da bilirik ki, yol polisi işə çıxanda "çörək pulu çıxarmaq" düşüncəsi ilə çıxır. Yəni yolu tənzimləmək yox, qayda pozuntularına imkan yaratmaq, pusquda durub güdmək, bilməyərəkdən qanun pozan sürücünün qanun pozmasının qarşısını almaq əvəzinə, durub gözləmək və anında qırğı kimi başının üstünü kəsdirmək. Budurmu qanun?".

xəbəri yeni elan olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. O qeyd edib ki, dövlət başçısı yol polisinin qanunsuz hərəkətləri ilə bağlı bir neçə dəfə sərt danışıb: "Yol polisinin yazdığı cərimənin 25 faizini onların əmək haqlarına əlavə edilməsi barədə qanuna dəyişiklik və ya əlavələr edilib. Yol polisinin əmək haqları orta azərbaycanlının əmək haqqından bir neçə dəfə çoxdur. Amma, yenə də rüşvətxorluq, qanunsuzluq, oğurluq və reketçilik davam edir.

Hər bir ailədə bir neçə nəfər sürücü var, demək yol polisi hər bir ailəni incidir, dövlətdən narazı salır. Prezident İlham Əliyev vətəndaşların, hər bir azərbaycanlı ailənin qeydinə qalaraq, onları yol polisinin zorakalığı və qanunsuz hərəkətlərindən qorumaq üçün yol polis sistemini ləğv etməli, yerində respublika yol hərəkətinə nəzarət idarəsi yaradılmalıdır. Bu idarənin işi yol hərəkətini tənzimləmək olmalı, yol mədəniyyətini formalaşdırmaq, sürücüləri mədəni və uyğun tədbirlərlə tərbiyələndirmək olmalıdır.

Dərhal yol polis sistemi prezident fərmanı ilə tarixə qovuşmalı, yerində Respublika Yol Nəzarəti İdarəsi yaradılmalıdır.

Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi müraciət edirəm. Xahiş edirəm ki, bu təklifi nəzərə alsın və dərhal yoxlamaların başlaması, Gürcüstan və Ukrayna təcrübəsinin öyrənilməsi barədə göstəriş verilsin".

Partiya sədri deyib ki, yol polisinin vəzifələri Azərbaycan təcrübəsindən fərqli olaraq tamam fərqlidir: "Yol polisi yolu tənzimləməlidir və yol hərəkəti qaydalarına sürücülərin əməl etməsinə kömək etməlidir. Yol polisi kol dibində, görünməyən yol ayrıcı və əyrilərində gizlənə bilməz. Əksinə, o elə yerdə dayanmalıdır ki, sürücü onu görüb qanunu pozmasın. Radar gizlətmək üçün deyil, radar sistemi də ona görə qoyulur ki, sürücü görsün, bilsin və qaydanı pozmasın. Bir kilometr məsafədən də sürücüyə xəbərdarlıq edilir ki, radar var. Yol polisi də radar kimi işləməlidir, onun vəzifəsi sürücülərlə siçan-pişik oynamaq deyil. Yol polisi sürücünün arxasınca düşüb qəza vəziyyəti yaradırsa, bu cinayət kimi bir əməldir. Yol polisi yolda sürücülərin daha təhlükəsiz və rahat getməsi üçün çalışmalıdır. Azərbaycanın yol polisinin isə birinci vəzifəsi cəza tədbirləri görməkdir. Belə çıxır ki, yol polisi idarəsi də düzgün ad deyil, adı Yol Cəza Xidməti olarsa, görünür daha məqbul olar.

Yolda qəza baş verərkən inanın ki, yol polisinin ölüm yoxsa, birinci sualı və ya cümləsi belə olur: "sənədləri verin" . Bu lənətlənmiş sürücülük vəsiqəsi, texniki pasport bu qədər önəmlidirmi? Yol polisi görən sürücü həyəcanlanır, qorxur, narahat olur, əsəbləşir və bütün borc və xərclərini xatırlayır. Yol polisi sanki Əzraildir, can almağa gəlib. O, axı sürücüyə yardım etməyi, ona təsəlli verməyi bilməlidir. Qəzaya uğramış, xərcə düşmüş, sağlamlığını itirmiş, əmlakına ziyan dəymiş bir sürücüyə təsəlli və ilk yardım lazımdır. Amma, zərərçəkən sürücülər nə edir? Tez maşını yoldan çıxarıb gizlətməyə çalışırlar, sınmış qol-qıçlarını unudurlar. Çünki, maşını düzəltmək, sağlamlığı düzəltmək bir xərc, üstəgəl yol polisinin və hadisə yerinə gələn müstəntiqin alacağı rüşvətlər, qapılarda saatlarla gözləmələr, əsəb gərginliyi və s. bir dərd.

Maşınların evakuatorla aparılması praktikası çox yanlışdır. Birincisi, kimsə gəlib maşının üzərində yazılıb qoyulan cəriməni görərsə, bir də orada saxlamaz. Amma, nə baş verir. Maşın cərimə meydançasına aparılır, sürücü şəhəri ələk-vələk edib maşınını axtarır, tapır, cərimədən iki dəfə artıq kiminsə cibinə ödəyir və söyə-söyə geri qayıdır. Maşınların evakuatorla aparılması rüşvət mənbəyidir!

Çox az adam tapılar ki, rüşvət vermədən sürücülük vəsiqəsi alsın. İmtahandan keçənlər var, amma onlar da sürmə imtahanında rüşvət verməli olublar. Azərbaycanda yol mədəniyyəti çox aşağıdır. Rüşvətlə sürücülük vəsiqəsinin paylanması davam edir. Bunun qarşısı alınmayınca, kor və nadan sürücülərin sayı artacaq.

Təklif edirəm ki, Yol Polis Sistemi ləğv edilsin, sürücülük vəsiqələrinin verilməsi isə ASAN xidmətə tapşırılsın. İmtahanların verilməsi isə Dövlət İmtahan Agentliyinə həvalə edilsin. Əlavə olaraq, təklif edirəm ki, yaş hədlərinə bölünərək, sürücülük vəsiqələri almış şəxslər yenidən imtahan versinlər. Yol mədəniyyətsizliyinin qarşısının alınması və qayda-qanunların yaradılması mexanizmlərindən biri də budur. Kütləvi yox, yaş hədlərinə uyğun olaraq imtahanlar təyin edilsin və proses 10 il ərzində başa çatdırılsın".

Qeyd olunan məsələlərlə bağlı partiya sədri prezident İlham Əliyevə müraciət edib.


loading...
loading...
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 303
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Offline
    SENINEM
    sagol canim xeber ucun duzunu desem hec oxumadim cox uzundu wink
    16 июля 2016 09:27
    # 1
    yoxduu
    Offline
    Prinsesa
    Mama demişdi :D bilirdim çox sağolun
    16 июля 2016 21:33
    # 2
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!