Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Brüsseldəki terror hadisəsi ilə bağlı axtarışda olan şəxs saxlanlıb

Brüsseldəki terror hadisəsi ilə bağlı axtarışda olan şəxs saxlanlıb

Brüsseldəki terror hadisəsi ilə bağlı axtarışda olan şəxs saxlanlıb


Brüsseldəki "Zaventem” beynəlxalq havalimanında terror aktı törətməkdə şübhəli bilinən 3-cü şəxs saxlanılıb. ANS PRESS-in Belçikanın RTBF dövlət televiziyasına istinadən verdiyi məlumata görə, Nacim Laaşraui adlı bu şəxsin Parisdə baş verən hadisə ilə əlaqəsi olduğu ehtimal edilir. O, Anderlext əyalətində saxlanılıb.

Daha əvvəl terror aktının törədilməsində şübhəli bilinən digər şəxslərin Xalid və İbahim Əl Bakraui qardaşları olduğu açıqlanıb. Hər iki şəxsin partlayış nəticəsində öldüyü bildirilir.

Brüsseldə hava limanında terror aktını törədənlərin kimliyi məlum olub
Məlumata görə, Bakraui qardaşları Brüsseldə kirayədə yaşayıb. Qardaşlar cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilinərək axtarışda olub. Bir həftə əvvəl Brüsselin polis əməkdaşları onların yaşadığı evə basqın ediblər. Lakin əməliyyat zamanı qardaşları tutmaq mümkün olmayıb. Belçikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, qardaşlar ötən ilin noyabr ayında Parisdə bir neçə partlayışlar törədən Salah Abdeslam ilə əlaqədə olublar. Partlayışı törətməkdə şübhəli bilinən 3 nəfərdən ikisi ölüb, biri isə bu gün saxlanılıb. Şəkildə görünən boz gödəkcəli və papaqlı şəxsin adı Nacim Laaşrauidir.

Ötən gün Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında 2 və metroda baş verən partlayış nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ