Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Bərəkət nədir?
Bərəkət nədir?
loading...
Bərəkət nədir?


Bərəkət sözü çoxalma və artma deməkdir. Bərəkət bəndəyə verilən nemətin xeyirli olması və artırılmasıdır. Nemətləri yaradan, onları bəndələrinə bəxş edən və bərəkətli edən yalnız Allahdır. Uca Allah xeyir-bərəkəti öz peyğəmbərlərinə və mömin bəndələrinə bəxş edir. Uca Allah Qurani-Kərimi bərəkətli Kitab adlandıraraq belə buyurur:
“Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (Sad, 29).
Qurani-Kərim bütün xeyiri özündə cəm etdiyi üçün mübarək adlandırılmışdır. Dünya və axirətdə xeyir əldə etməyin, xoşbəxt olmağın yeganə yolu Qurana iman gətirmək və onu oxuyub əməl etməkdir.
Peyğəmbərin Allahdan xeyir-bərəkət diləməsi
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - öz ümməti üçün Allahdan xeyir-bərəkət diləyib demişdir: “Allahım, ümmətimin hər gününün əvvəlinə bərəkət ver!” (Sunən Əbu Davud 2606). Digər hədisdə isə belə demişdir: “Ümmətimin hər gününün əvvəlinə bərəkət verilmişdir!” (Səhih əl-Cami, 2841).
Peyğəmbər Mədinə şəhəri üçün Allahdan bərəkət diləyərək belə dua etmişdir: “Allahım, Məkkəyə nazil etdiyin bərəkətin iki qatını Mədinəyə nazil et!” (əl-Buxari, 1885).
Həmçinin, o, bəzi səhabələri üçün Allahdan xeyir-bərəkət diləmişdir. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Peyğəmbər Ummu Suleymin yanına gəldi və o, Peyğəmbərin qabağına xurma və yağ qoydu. Peyğəmbər buyurdu: “Yağınızı tuluğa, xurmalarınızı da zənbilə boşaldın, mən oruc tutmuşam.” Peyğəmbər qalxıb evin bir tərəfində nafilə namazı qıldı və Ummu Suleym və onun ailəsi üçün dua etdi. Onda Ummu Suleym dedi: “Ya Rəsulullah, mənim ayrıca bir xahişim var.” Peyğəmbər soruşdu: “Nədir o?” Ummu Suleym dedi: “Xidmətçin Ənəs üçün dua et!” Peyğəmbər dünya və axirətə aid xeyirli nə varsa, hamısını mənim üçün dua etdi və belə dedi: “Allahım, ona mal-dövlət və övlad bəxş et və ona xeyir-bərəkət ver!”
Həqiqətən də, bu gün mən ənsarın ən varlı adamlarındanam. Qızım Umeynə mənə xəbər vermişdir ki, Həccacın Bəsrədə hakimiyyətə gəldiyi dövrədək mənim nəslimdən yüz iyirmidən çox adam dəfn edilmişdir.” (əl-Buxari, 1982). Ummu Suleym Ənəsin anasıdır. Ənəs ibn Malik hicrətin 93-cü ilində yüz üç yaşında vəfat etmişdir. Ənəsin yaşıdlarının əksəriyyəti bu dünyadan köçüb getmişdi deyə, sonrakı nəsildən olan azyaşlıların arasında qalmaq ona ağır gəlirdi.
Xoşuna gələn bir şey gördükdə onu gözə gətirməkdən necə qorumaq olar?
Peyğəmbər demişdir: «Biriniz müsəlman qardaşında yaxud özündə, yaxud da malında xoşuna gələn bir şey görsə, onun üçün ("Bərakallah", yəni "Allah bərəkət versin!" deyib) Allahdan bərəkət diləsin! Çünki gözdəymə həqiqətdir!»


loading...
loading...
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 460
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Offline
    Delibal
    Allah razı olsun təşəkkürlər
    15 июня 2016 19:12
    # 1
    Offline
    Inara
    Allah razi olsun
    28 июня 2016 15:58
    # 2
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!