Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Ballı tortun HAZIRLANMA QAYDASI
Ballı tortun HAZIRLANMA QAYDASI
loading...
Hər bir xalqın özünə məxsus mətbəxi və milli xörəkləri var. Hətta elə xörəklər, şirniyyatlar var ki, adı çəkildikdə mütləq onun hansı ölkəyə, xalqa məxsus olduğu yada düşür. Lunar.az sizə ən çox ruslar tərəfindən hazırlanan ballı tortun (Medovik) hazırlanma qaydasını təqdim edir.


Ərzaqlar:

4 ədəd yumurta
2 stəkan şəkər tozu
250 qr kərə yağ

1 stəkan bal
2 stəkan un


Kremi üçün:

1 ədəd yumurta
1 stəkan şəkər tozu

1 stəkan un
2 stəkan süd
125 qram kərə yağı
1 paket vanil
1 stəkan bal


Hazırlanması:


Yumurta və şəkər tozunu yaxşıca qarışdırın. Daha sonra içinə kərə yağı qoyun. Ocağın üzərinə içi su dolu bir qazan qoyun və qaynadın. Tort xəmirini hazırladığınız qabı ocaqda olan qazanın üzərinə qoyun. Balı, daha sonra unu əlavə edib qarışdırın. Xəmir hazır olandan sonra şüşə qabın içində soyuducuda bir saat saxlayın.

Bu arada kremi hazırlayın. Verilmiş ərzaqları bir qazana tökərək qarışdırın və ocağa qoyun. Mat bir hal aldıqda ocaqdan götürün.

Soyuducuda saxladığınız xəmiri çıxararaq 6 bərabər hissəyə bölün. Bu hissələri oxlovla yayın və onları 120 dərəcəlik sobada üzərləri qızarana qədər bişirin. Bişən tort xəmirlərini yuvarlaq şəkildə kəsərək artıqlarını bir qaba yığın. Forma verdiyiniz kekslərin hər bir qatına krem çəkərək üst-üstə qoyun. Daha sonra kəsdiyiniz keks qalıqlarını xırdalayaraq tortun üzərini bəzəyə bilərsiniz.


Nuş olsun!


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 025
PAYLAŞ
loading...
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.


Foto.Lunar.az
Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Reklam
Xəbər lenti HAMISI

Musiqi HAMISI

HAMISI Ən çox oxunanlar

Reklam
loading...
Səsvermə
 

Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


 
 

Рейтинг@Mail.ru

Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!