Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Şaftalı peçenyesi resepti

Şaftalı peçenyesi resepti

Şaftalı peçenyesi resepti


Tərkibi (20 ədəd):
Xəmir:
125 q marqarin
2 x.q. qatıq
0,5 st. şəkər tozu
1 yumurta
0,5 paket qabartma tozu
0,5 paket vanil
aldığı qədər un

40 ədəd yarım qoz qabığı (20 qozun qabığını ikiyə ayırın)

Krem:
250 q süd
1 yumurta
1 st. + 1 barmaq enində un
0,5 st. şəkər tozu
0,5 ç.q. vanil
4,5 x.q. marqarin

Üzərinə:
qırmızı və sarı qida boyası
şəkər tozu

Hazırlanması:
Krem: Vanil və marqarindən başqa, digər ərzaqları mikserdə çalın. Ocağın üstünə qoyun, qarışdıraraq sıyıq halına gələnədək bişirin. Ocaqdan götürün, vanil əlavə edin. İlıq olanda 4,5 x.q. marqarini əlavə edib 10 dəqiqə çalın.

Xəmir: Marqarin, qatıq, şəkər tozu, yumurta, qabartma tozu, vanil və aldığı qədər unu yoğurun. Üzərini yaş dəsmalla örtüb 10 dəqiqə saxlayın.

Xəmirdən qoz boyda kündələr tutub bunları qoz qabıqlarının üstünə çəkin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.

Bişmiş peçenyelərin içindən qoz qabıqlarını çıxarın. Peçenyelərin içinə krem doldurub cüt-cüt yapışdırın.

Qida boyalarını çox az suyla qarışdırın. Peçenyeləri boyayın, şəkər tozuna batırın.








SENINEM от 26 aprel 2016 13:43
dadli olur
sagol suzana resept ucun
--------------------
yoxduu
ORXAN от 26 aprel 2016 15:19
ŞAFTALININ PEÇENYƏSİN GÖRMƏMİŞDİY ONUDA GÖRDÜY TƏŞƏKKÜR SUZİ )))
Sadiqov от 5 iyun 2016 22:26
Bu gece üiüiecem diyesen
--------------------
MeLeK от 24 sentyabr 2016 08:57
Paylasim ucun tesekkurler minnetdaram...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ