Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sevgilim, sadəcə mənim olarsanmı?!

Sevgilim, sadəcə mənim olarsanmı?!

Sevgilim, sadəcə mənim olarsanmı?!

Sevgilim, sadəcə mənim olarsanmı?

Əlini tutarkən ürəyimdə qopan fırtınanı duyan olarsanmı?

Sevdiyim tərəfindən sevilən olmaq istəyirəm. Səni bərk-bərk qucaqlayıb pıçıltı ilə qulağına «Mən səni sevirəm» deyəndə, «Mən də səni sevirəm» deyən olarsanmı?

Hər zaman yanımda hiss etmək istəyirəm səni. Hər zaman məndə olmağını istəyirəm. Bir ömür ürəyimdə bağlı qalan olarsanmı?

Hər dəfə baxışdıqda gözümdə hər dəfə eyni şiddətdə olan qığılcımı görən olarsanmı?

Bizə qarşı olanlarla sən, mən ayrı-ayrılıqda yox, sevgimiz mübarizə aparsın istəyirəm. Mənə belə bir sevgi verən olarsanmı?

Utanmaqdan qızarmış yanaqlarıma ovucunun içi ilə toxunaraq, Məni öpmək isteyen olarsanmı?

Başını sinəm üstə qoyaraq qəlbimin səsini dinləyən olarsanmı?

Sevgimizin və sənin qarşında diz çöküb həyatının qalan hissəni mənimlə bölüş desəm, həyatının qalan hissəsini mənimlə birləşdirən olarsanmı?

Hər gün yuxu görürəm. Bəzən səni də görürəm… Hər gün yuxumu bəzəyən mələk olarsanmı?

Yuxusuz gecələrimdə səmada yan-yana iki ulduz görürəm, biri mən olsam, digəri olarsanmı?

Bütün bu dediklərimi dildə deyil, ürəkdən dediyimi hiss edən olarsanmı?

Bütün bu istəklərimi istəyən olarsanmı? İndi nə deyirsən, sevgilim? Mənim olarsanmı?

Sevgilim, sadəcə mənim olarsanmı?








asif.abasov от 17 iyun 2016 00:33
Utanmaqdan qızarmış yanaqlarıma ovucunun içi ilə toxunaraq, Məni öpmək isteyen olarsanmı?


18+ )))
SENINEM от 17 iyun 2016 15:47
Utanmaqdan qızarmış yanaqlarıma ovucunun içi ilə toxunaraq, Məni öpmək isteyen olarsanmı? MENCE BUNU QEBUL EDEN OLMAZ
--------------------
yoxduu
MeLeK от 24 sentyabr 2016 15:31
Maraqli idi..oxumaga deyer...paylasim ucun tesekkurler...minnetdaram...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ