Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Uşağa özügeyinməyi necə öyrədək?
Uşağa özügeyinməyi necə öyrədək?
loading...
Bu 5 sadə üsulla balanız özü geyinməyi öyrənəcək


"Kaş özü geyinməyi öyrənsəydi..." deyə düşünürsünüzsə, sizə effektiv məsləhətlərimiz var!

Balanızın özünün geyinəbilməyi sərbəstləşməyində önəmli addımdır. 2 yaşından uşağa özü geyməyi öyrətməyə başlaya bilərsiniz. 4 yaşda isə artıq balaca sərbəst geyinməyi bacarmalıdır. Bu dönəmdə siz onu cəsarətləndirməli və geyim seçərkən rahat geyib çixara bilcəklərini seçməlisiniz. Doroti Eynonun “Körpəlikdən məktəbə: öyrənməkdə ilk addımlar” kitabında belə sadə və effektli məsləhətlər verilib. Bunları etməklə siz balaca “tənbəlinizə” asanlıqla geyinməyi öyrədəcəksiniz.

Alt paltarı

Üstündə sevdiyi qəhrəmanların və ya heyvan şəkillərinin olduğu, tamamən pambıq, rahat alt paltarı alın. Onu yerə qoyub ayaqlarını dəliklərdən keçirtdikdən sonra yuxarı çəkməsini söyləyin.


Şalvar

Beli rezinli, ilgəkli olmayan, geniş pijama tərzində şalvarlar daha rahat geyilə bilir. Şalvarı üzü yuxarı baxacaq şəkildə yerə sərin. Oturaq vəziyyətdə uşağa əvvəlcə ayaqlarını keçirməyi, sonra isə ayağa qalxıb şalvarı yuxarı çəkməyi öyrətin.


T-şört və sviterlər

Önü şəkilli, arxası saya rəng, yaxası geniş və düyməsiz olanlar daha asan geyilir. T-şörtü (və ya köynəyi) ön üzü üstdə (arxası yuxarı olmaqla), başın keçəcəyi deşik yuxarı olmaqla qoyun. Uşağa əvvəlcə əyilərək qollarını köynəyin altından salıb qol yerlərindən keçirtməyi, daha sonra başını yaxadan çıxarmağı öyrətin.


Ətək

Beli rezinli, düyməsiz, ilgəksiz olarsa, daha rahat geyilə bilər. Ətəyi yerə sərin. Uşaq ayaqlarını bel hissədəki boşluğa salsın və ayağa qalxıb ətəyi yuxarı çəksin.


Ayaqqabı


Bağsız, cırt-cırtlı, toqqasız, sadə, rahat ayaqqabıları seçin. Uşaq dizlərini qatlayaraq yerə otursun, ayaqlarını bitişdirsin. Ayaqqabıları hər ayağa uyğun gələn təki düzgün şəkildə balacanın qarşısına qoyun və geyinməsini söyləyin. Səbrli olmalısınız! Həmən dəqiqə bacaracağını gözləməyin.


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 117
PAYLAŞ
loading...
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.


Foto.Lunar.az
Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Reklam
Xəbər lenti HAMISI

Musiqi HAMISI

HAMISI Ən çox oxunanlar

Reklam
loading...
Səsvermə
 

Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


 
 

Рейтинг@Mail.ru

Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!