Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hamiləlik dövrü - 4. Həftə

Hamiləlik dövrü - 4. Həftə

Hamiləlik dövrü - 4. Həftə




Təxminən 28-ci gün aybaşı olmalı olduğunuz gün
Bu həftənin sonunda bütün dünyaya ana olacağınızı elan edə bilərsiniz. Normalda aybaşı olmalı olduğunuz halda aybaşınız gecikdi. Bəzən başqa səbəblərdən də bu cür gecikmələr ola biləcəyini bilirsiniz amma yenə də həyəcanlısınız. O halda daha çox maraqda qalacaqsınız. Dərhal aptekdən bir hamiləlik testi götürüb evdə edin. Nəticə mənfi çıxarsa dərhal ümidsizliyə qapılmayın çünki zaman zaman hamiləlik testləri mənfi ola bilər. Bu vəziyyətdə edilməsi lazım olan ən ağıllı iş dərhal həkiminizlə görüşməkdir. İndiki vaxtda şüurlu bir qadının vaxtaşırı görüşdüyü və onu maraqlandıranları soruşa bildiyi bir ginekoloqun olmaması çox təəssüf. Həkiminiz sizi muayinə edəcək. Bu dövrdə edilən USM lə hamiləlik kisəsini görmək mümkün deyil. Ancaq qanda edilən hamiləlik testi 100% ə yaxın düzgünlüklə hamiləliyin olub olmadığını təsdiq edə bilər. Əgər hamiləlik varsa həkiminiz bu haqda məlumat verəcək. Hamiləlik yoxsa ya da aybaşı baş verərsə çox kədərlənməməyə çalışın. İlk sınaqda hamilə qalma nisbətinin yalnız 25% olduğunu ağılınızdan çıxarmayın. Sınağa davam edin. Əgər aybaşı gecikməsinə baxmayaraq hamilə deyilsinizsə həkiminiz sizə aybaşı yaradacaq bir müalicə verəcək.
4cü həftənin sonunda göbək ciyəsi də meydana gəlir.










MeLeK от 6 avqust 2016 15:26
Maraqli xeberdir..tesekkurler...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ