Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Uşaq doğulan kimi ərim onu satdı" – HƏYAT DRAMI

"Uşaq doğulan kimi ərim onu satdı" – HƏYAT DRAMI

“1987-ci ildə, mayın 5-də Bərdə rayonunun Böyük Göyüşlü kəndində anadan olmuşam. Özümüz ailədə 6 uşaq olmuşuq. Dörd bacı, iki qardaşıq. Orta təhsilliyəm. 2007-ci ildən bu yana - 11 ildir ailəliyəm, bu illər ərzində 6 uşağım dünyaya gəlib. 4 qızım, 2 oğlum var”.

Lunar.az-ın məlumatına görə, APA TV-nin “Həyat dramı” verilişinin bu dəfəki qəhrəmanı 30 yaşlı Elnazdır. O, sevdiyi həmyerlisi, 1985-ci il təvəllüdlü Pərviz Cavadzadə ilə ailə qurub. Qadınının sözlərinə görə, atası onu Pərvizə ərə vermək istəmirmiş. Çünki Pərvizin anası Lilpar Əbilova bu izdivaca razı deyilmiş. Elnaz və Pərviz doqquz ay nişanlı qalıblar. Pərviz ailənin yeganə övladıdır. O, körpəykən atası ailəni qoyub gedib, deyir Elnaz. Pərvizlə Elnaz çətinliklə də olsa ailə qurmağa müvəffəq olublar. Ailənin ilk övladı 2008-ci ildə doğulub, uşağın adı Rəvandır. 2010-cu ildə Aydan, 2011-ci ildə Bayram, 2013-cü ildə Çiçəkxanım dünyaya gəlib. Hazırda bu ailənin 6 övladı var.

Elnazın bu gün vəziyyəti çox çətindir. Onu tək ailə həyatının alınmaması yox, həyat həmdəmini düzgün seçməməyi incidir. Qadın deyir ki, ona ən böyük zərbəni ailə qurduğu Pərviz vurub. O, doğma balasını başqa ailəyə iznsiz satıb. Elnaz deyir ki, 2013-cü ildə dördüncü uşaq dünyaya gəldi: “Uşaq dörd aylıq idi artıq. Sənədləri məndədir. Qayınanamla ərim öz aralarında razılaşırlar ki, bu uşağı 17 ildir övladı olmayan həmin ailəyə versinlər. Gedib onlarla söhbət edib, razılaşırlar. Qayınanam da, ərim də mənim xəbərim olmadan övladımı həmin ailəyə verəcəklərinə söz veriblər. Deyiblər ki, biz necə desək elə də olacaq, gəlin də bizimlə razılaşacaq. Mən də qaynananımın qısqanclığından zülm çəkirdim, dustaq vəziyyətində idim. O zülmləri çəkməyimə baxmayaraq, uşaqlarımın xətrinə otururdum o evdə. Hər şeyə rəğmən bütün ailəmi verdim onların ayağına. Dedilər ki, uşaqları verməlisən bizə. Yoldaşım bir tərəfdən, qaynanam başqa tərəfdən, yaxşı baxacaqlar narahat olma, onsuz da sənindi-dedilər. Yekələndə uşaq sənə qayıdacaq. Mən də and-aman elədim ki, yox olmaz, uşaq özümündü. Axı necə verə bilərəm, uşaq sənədlə də mənim əlimdədir. Onlardan bir qohum gəlmişdi, onun da üç qızı var, dedim, götür qızının birini ver saxlasınlar, əgər elə canınız yanırsa. Mübahisə oldu, uşağı vermədim, çıxıb getdilər”.

Bu hadisədən sonra evdə həm qayınanası, həm də əri hər gün onu incidiblər, deyir Elnaz: “Bir sutka müddətində otağın ağzını bağladılar, döydülər, təzədən bağladılar ki, guya məni cəzalandırırlar”. Hər gün təhqir, söyüşlə, şiddətlə üzləşən qadın, uşaqlarının da onunla birgə incidildiyini bildirir. Həmin müddətdə ailənin işi məhkəməyə də düşüb. Elnaz boşanmaq istəyirmiş. Deyir, əri bu addımdan sonra onun yanına gəlib və tövbə edib ki, bir də belə hərəkətlər olmayacaq. Dörd uşağı ilə kasıb ana və atasına sığınan Elnaz, ərinə yenidən şans verməyi qərarlaşdırıb: “Beşinci uşağım doğuldu. Qızlarda da mən hamiləliyi gizlin keçirirəm, beş ayına qədər heç nə bilinmir. Beş aylıq olanda aparata düşürəm, görünür ki, qızdı. Bu da hər dəfə deyir ki, mən qız istəmirəm, oğlan istəyirəm. Qız olduğunu biləndən sonra oğlu anası ilə belə məsləhətləşiblər ki, o ailəni tapsınlar, əgər razılaşsalar bu uşaq doğulanda o ailəyə verilsin. Yenidən ailəni tapıblar və məlum olub ki, hələ də uşaq götürməyiblər. Gedib danışılar ki, bu uşağı sizə verəcəyik. Onlar soruşublar ki, problem yaranmayacaq? Deyiblər yox, qəti problem olmayacaq. Həmin ailənin qadını mən beş aylıq hamilə olandan gedib qalıb qayınatası gildə. Gəlinin anası gil tərəf də elə bilir ki, uşağı bu dünyaya gətirəcək, guya hamilədir və müalicədədir”.



“Xəbərsiz apardı məni həmin evə, uşaq orda doğuldu və...”


“9 ayında sancım tutdu, mən uşaqlarımın hamısını ev şəraitində dünyaya gətirmişəm. Sancım tutanda yoldaşım dedi ki, səni aparıram həkimə. Dedi, kəndin özünün həkimləri yoxdur, aparacağam səni rayon xəstəxanasına. Başqa yola dönəndə dedim məni hara aparırsan, dedi gedəndə görəcəksən. Mən də o vəziyyətdəyəm ki, deyirəm, qadan alım, başına dönüm məni çatdır. Darvazanı açdılar, maşın girdi içəri, adamları görəndə başa düşdüm ki, vəziyyət nə yerdədir. Yoldaşım tutdu qolumdan, dedi uşaq doğulandan sonra bunlara veriləcək. Heç kim də bilməyəcək ki, uşaq bunlara verilib. Dedi, kim soruşsa deyərsən Mingəçevirdə süni doğuş olub, uşaq ölü doğulub. Özü də Mingəçevirdə... Bətnimdə ölüb guya. Yoldaşım hətta bıçağı böyrümə dirəyib, mənə hədə-qorxu gəldi. Ailə dedi ki, əgər qadın razı deyilsə, uşağı verməyin. Yoldaşım dedi ki, verəcək, buna məcburdur”.

Elnaz iddia edir ki, əri uzun illər dostluq etdiyi bir nəfərin arvadı ilə xeyli vaxtdır görüşür. Həmin qadının əri və qaynanası bundan xəbər tutub onu evdən qovublar. Bundan sonra Elnazın əri dostunun arvadını öz evinə gətirib. Elnaz deyir ki, Minə adlı həmin xanımla "bacı" deyirlərmiş bir-birinə, sirlərini bölürlərmiş. Ailəvi gediş-gəlişləri olub. Bir süfrə arxasında illərlə çörək kəsiblər. İndi həmin qadın qadın özünün iki balasını atıb, Elnazın əri, oğulları ilə birgə yaşayır. Həmin qadının iki qızı var deyir Elnaz. Amma uşaqları əlindən alıblar və uşaqlar qaynana ilə ərindədir. Elnazın sözlərinə görə, 2015-ci ilin, iyunun 14-də doğulan və zorla əlindən alınıb özgəsinə verilən uşağını düşünməklə keçirir həyatı. Çarəsiz qadın o övladının adını belə bilmir. Deyir, bətnində olarkən onun adını Məryəm qoyub: “Uşağın ad günündə oturdum dayanmadan ağladım, bir dənə onu beynimə həkk elədim ki, uşağı onlardan almaq vaxtıdır, ala bilərəm. Anam gil də o uşağın öldüyünə inanmırdılar, deyirdilər o uşaq ölməyib. Elə bil hiss eləmişdilər. Anam bu ərəfədə bizə gəldi, dedi sən yalan deyirsən, o uşaq ölməyib. Ölümümə bir gün qalmış da olsa, o uşağı tapacağam və bilirəm səni neyləyəcəm. Bütün rayonda da danışılırdı ki, uşaq pula satılıb. Dedilər, filan qədər pula satılıb. Axırda məcbur oldum düzünü dedim anam gilə. Dedim filan yerdə doğmuşam, filan ailəyə vermişəm. Hamı qalxdı ayağa, verdik polisə. Elə oldu ki, orda da məni aldatdılar. Uşaq sənindi, amma sənədləşmə bunların adındadır, dedilər. Yalvardılar ki, qoy bizim də çırağımız yansın, uşağı alma. Uşaq onsuz da sənindir, bu hadisədən sonra da uşağı 10 gün yanımda saxladım, vermədim. Dedilər ünvanı da verəcəyik, nömrə də olacaq, istədiyin vaxt maraqlana bilərsən. Bakıda yaşayırlar”.

Elnazın və övladının aqibəti haqda daha ətraflı aşağıdakı videodan öyrənə bilərsiniz.

[media=https://youtu.be/qxsFvvL5Njs]








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ