Axtarmam talehimi daha kecibdir,
Əzəldən payıma belə düşübdür .
Könlümün istəyi arzu diləyi ,
Sevdalı bağcada selə düşübdür ...Sorma halımı pərişanam mən,
Dərdimin dəyağı olub qüssə-qəm,
Məni intizarda saxlayan sənəm,
Qəlbimdə gizli bir yerə düşübdür...Demə haralısan bu el bizimdi,
Ağlama ürəyim bir himə bəntdi,
Bu gündən sabaha ALLAH Kərimdi,
Dünənim eyvandan cölə düşübdür...Nolub qaş qabağın tutulub yaman ,
Səmanı bürüyüb ciskin,cən-duman,
Xəyalım dolanır hey xəyaldayam,
Nədənsə kamanım gölə düşübdür ...Atama Anama bacıma salam ,
Can qardaş yenədə qanadı yaram,
Qəriblik həsrəti səndən uzağam,
Sözlərim dilimdə közə düşübdür..Bilən yox icimi nələr cəkirəm,
Özüm becərirəm özüm əkirəm,
Bu fani dünyada qəribəm təkəm,
Bəxtimə mənimdə belə düşübdür...Əlvida dostlarım əlvida gülüm ,
Qalmayıb nədənsə daha ümüdüm,
Soyuq bir məzardı görərsiz bir gün,
Seymur dört divarlı elə düşübdür...Müəllif : SEYMUR SÖNMƏZ