Yaponiyanın "Sony" şirkəti yeni qabaqcıl "Xperia 1 III" smartfonunu təqdim edəcək. Bu barədə "Sony Xperia"nın rəsmi "YouTube" platformasında məlumat verilib.
Lunar.az ictnews.az-a istinadən bildirir ki, Yaponiya şirkəti ən azı üç smartfon təqdim edəcək. "Snapdragon 765G" prosessoru ilə təchiz edilmiş "Xperia 10 III" və "Xperia Compact" qurğuları həmin smartfonlar arasındadır. 5,5 düym diaqonallı ekrana malik sonuncu qurğu "Android" dünyasında bir növ "iPhone 12 mini"nin analoqu olacaq.
Əsas yenilik "Xperia 1 III" cihazı "Snapdragon 888" prosessoru, 4K təsvir ölçülü 6,5 düym OLED displey, 16 QB əməli yaddaş və 512 QB daxili yaddaşla təchiz ediləcək.
14 aprel tarixinə planlaşdırılmış təqdimat onlayn formatda keçiriləcək.