Türkiyənin Erzincan şəhərində yaşayan və instaliyasiya əsəri hazırlayan universitet dekanı Mehmet Kavukcu bədbəxt hadisə ilə üzləşib.Lunar.az xəbər verir ki, dekan "qadına şiddətə" diqqət çəkmək üçün 13 metr hündürlüyündə piramida formasında buz kompazisiya hazırlayıb.
Mehmet əsərin üzərinə spreylə “qadına şiddətə yox deyək” yazısı yazarkən buzlar əriyib və tökülməyə başlayıb.
Üzərinə böyük buz parçaları düşən dekan yerdə 4-5 metr uzağa yuvarlanıb. Yaxınlıqda olan sakinlərin köməyi ilə xəstəxanaya aparılan Mehmetin hazırda səhhətinin yaxşı olduğu bildirilir.
Axşam.az