Alimlər batareyaları doldurmaq üçün insan bədənindən enerji yığan bilərzik hazırlayıblar.
"Haber Global"ın məlumatına görə, bu barədə "Science Advances" elmi jurnalında məqalə dərc olunub.
ABŞ-ın Kolorado Boulder Universitetində hazırlanan cihaz bədən istiliyini elektrikə çevirən termoçiplə təchiz olunub. Onun sayəsində insanlar mobil telefonlarını və ya "ağıllı" qol saatlarını istənilən zaman enerji ilə doldura bilərlər. [banner_xeberici] {banner_xeberici} [/banner_xeberici] Bilərziyin dərinin hər kvadrat santimetrindən bir volt enerji hasil etdiyi bildirilir.Oxu.az