Xərçəngə tutulan uşaqların həyatda qalma faizi yaşadığı ölkələrə görə fərqlənir. Həyat şəraiti yaxşı və yüksək gəlirli ölkələrdə bu 80%, orta və aşağı gəlirli ölkələrdə isə bu 60% təşkil edir. Uşaq yaşlarında xərçəngə tutulanların 35%-i leykoz xəstələri olur. Lunar.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin apardığı araşdırmalara əsasən, ion şüaları uşaqlarda xərçəng riskini artırır.
Gündəlik həyatımızın bir hissəsinə çevrilən cib telefonları da bu təhlükəni yayan risk faktorları arasında ilk sırada yer alır. Bu Beynəlxalq Xərçəng Araşdırmaları agentliyi tərəfindən də təsdiqlənib.
Mobil telefonların sağlamlığa təsiri üzrə aparılan tədqiqatlar, uşaqların hər yaşda böyümə və inkişaf dövrü keçirdiyindən elektromaqnit şüalara qarşı daha həssas olduğunu ortaya çıxarıb.
Buna görə də mütəxəssislər uşaqların mobil telefonlarla təmasının minimumu enidrməyi tövsiyyə edirlər.