Google iPhone istifadəçilərinin izlənməsində Apple alətindən istifadə etməyəcək
App Store-da tətbiqlərin yerləşdirilməsi üzrə yeni qaydalara əsasən tərtibatçılar istifadəçiləri reklam məqsədilə fərdi məlumatlarının yığılmasında xəbərdarlıq etməlidirlər. Bu yeni qaydaların qüvvəyə minməsindən sonra Google şirkəti öz tətbiqlərinin iOS versiyalarının yenilənməsini dayandırdı. Bir neçə müddət bundan öncə isə o ümumiyyətlə Apple platformasında izləmə alətlərindən istifadə etməyəcəyini elan etmişdi.
Lakin bu məsələdə iOS istifadəçiləri hələ sevinməməlidirlər. Uzun illər ərzində Apple şirkəti tətbiq tərtibatçılarına IDFA adlı unikal identifikatoru təqdim edirdi. Bu identifikator reklam məqsədləri üçün istifadəçilərin maraqları barəsində məlumatları toplamağa imkan verir. Bu ilin əvvəlindən başlayaraq isə bu cür tətbiqlər həmin məlumatların yığılması barədə iPhone istifadəçilərindən icazə almalıdırlar və IDFA identifikatorunun hansı məlumatları toplayacağı barəsində məlumat verməlidirlər.
Google şirkəti öz rəsmi bloqunda bildirib ki, o öz servisləri üçün IDFA identifikatorunun əldə olunmasından imtina edib. Bu isə öz növbəsində iOS-də Google servislərinin işə salınması zamanı smartfon ekranına bu məsələ ilə bağlı bildirişlərin əks etdirməməsi imkanını yaradır. Buna baxmayaraq Google məlumatların toplanması üçün fərdi alətlərdən istifadə etməyə davam edəcək.