Cib telefonları koronavirusa yoluxduran ən böyük risk kateqoriyasına aid edilir. Onlar üzərində toplanıb qalan bakteriyalar sağlamlığımızı təhlükə altına atır.
Lunar.az xarici KİV-nə istinadən bildirir ki, cib telefonunun səthindən götürülən nümunələrdə yaşayan və xəstəliyə səbəb olan böyük miqdarda mikroorqanizmlər aşkar edilib.Hətta həkimlər onun səthində indiyə rast gəlinməyən bakteriyaların da olduğunu bildirib.
Hazırda informasiya mübadiləsi dövrü olduğundan telefonlar istifadə etdiyimiz bütün texnoloji cihazlardan öndə gəlir. Lakin bunlardan istifadə edərkən sağlamlığımızı da risk altına atmamalıyıq.
Cib telefonlarında təxmin etmədiyimiz qədər mikrob mövcuddur. Aparılan araşdırmalardan sonra telefon səthində ayaqyolundakı qədər zərərli bakterialar olduğu aşkar edilib.
Telefonlara bu bakteriyalar əldən keçir. Gün boyu əllər bir çox yerlə təmasda olduğundan orada bakteriyalar toplanır və telefona keçir. Əllərimizi tez-tez yusaq da, telefonu mütəmadi təmizləyə bilmirik.
Buna görə də mütəxəssislər, telefon üçün üzlüklərdən istifadə etməyi və 3 ayda bir dəfə dəyişdirməyi, eyni zamanda ekranını silən zaman spreydən istifadə etməyi tövsiyyə edirlər