Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
WhatsApp geri çəkildi: izlənmə olmayacaq - FOTO

WhatsApp geri çəkildi: izlənmə olmayacaq - FOTO

Dünyanın ən populyar messencer proqramı olan WhatsApp istifadəçiləri ilə yenilədiyi müqavilə formasını ləğv edib.

Bu, WhatsApp-ın faktiki olaraq geri çəkilməsidir.

Lunar.az bildirir ki, WhatsApp messenceri istifadəçilərlə anlaşmanı yeniləmişdi.

Bundan belə messencerdər istifadə edən hər kəs öz şəxsi, konfidensial məlumatlarının Facebook korporasiyasına verilməsinə "könüllü" razılıq verməlidir.



Yeni anlaşmada deyilirdi: "Facebook korporasiyasının bir hissəsi olan WhatsApp istifadənin xasiyyəti, zövqü, nəyə üstünlük verməsi və s. ilə bağlı gərəkli informasiyanı korporasiyadakı bütün başqa proqram əlavələri ilə bölüşəcək.

Bu, istifadəçinin tələbatını və istəklərin nəzərə almaqla reklamın fərdi seçimi servislərinin yaxşılaşdırılması, müştəriyə daha çox uyğun gələn kontentin və fərdi xidmətlərin təklif edilməsi ilə bağlıdır".



Beləliklə, WhatsApp-dan istifadə edənlər və bundan sonra da "WhatsApp" istifadəçisi olmaq istəyənlər mütləq şəkildə yeni müqavilə ilə razılaşaraq, onu qəbul etməli idilər

Qəbul etməyənlərin hesabları 8 fevral tarixindən etibarən silinəcəkdi.

WhatsApp-ın hər bir istifadəçisi barədə Facebook-a ötürmək istədiyi konfidensial məlumatlar bunlar idi:

- Hesabla əlaqəli şəxsi məlumatlar

- Telefon nömrələri

- Kontaktlar siyahısındakı nömrələr və elektron poçt ünvanları



- Telefonun əməliyyat sistemi haqqında məlumatlar

- Çatlarda danışılan qarşılıqlı məlumatlar

- IP ünvan

- GPS məlumatlar

- Digər şəxsi məlumatlar.

Müqavilənin yenilənmə tələbi gündəmə gələndən az sonra WhatsApp-ı tərk edənlərin sayı sürətlə artmağa başlamışdı. İstifadəçilər alternativ messencer proqramlarını seçirdilər.

Bunu anlayan WhatsApp istifadəçilərin şəxsi mesajlaşmalarını izləməyəcəyinə dair zəmanət verdi. Bundan başqa, E2E texnologiyasına tam riayət edəcəyini bəyan edən WhatsApp istifadəçilərin harada olduğunu izləməyəcək, GPS geolokasiya "data"larını toplamayacaq və bunu Facebook-la paylaşmayacaq.

WhatsApp rəsmisi açıqlama verərək bildirdi ki, nə onun yaradıcısı, nə Facebook istifadəçilərinin zənglərini və mesajlaşmalarını görə bilməz.

"Bəzi şayiələri dağıtmaq istəyirik - şəxsi mesajlarınızı ucdantutma şifrələmə ilə qorumağa davam etdiyimizə 100% əmin olun", - bəyanatda deyilir.


Milli.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ