Smartfonların iş qabiliyyətində yenilənmələr ediləcək
Əldə edilən məlumatlara əssasən, "Qualcomm" gələn ilin ilk rübündə yeni 7-ci seriya prosessor buraxmağı planlaşdırır. Yalnız bir neçə gün əvvəl "Snapdragon 888" adlı ən yeni flaqman prosessorunun işə salındığı məlum olub.
Lunar.az deyerler.org-a istinadən bildirir ki, çip, "5nm" texnologiyasından istifadə edilərək hazırlanıb və üçüncü nəsil "Snapdragon X60 5G" modemi ilə təchiz edilib. Prosessor yüksək iş qabiliyyətinə və 5G qoşulmada keyfiyətə zəmanət verir. Bu yenilik şirkətin digər telefon modellərinə də tətbiq ediləcək. Məlumata əsasən, onlara görə, 2021-ci ilin birinci rübündə təqdim ediləcək xüsusi yeni 7 seriyalı çipset hazırlanır. Qeyd edək ki, "Cedros" adllı prototip, 530.000-dən çox bal toplayıb, bu o deməkdir ki, "SD765G"dən daha yaxşı işləyəcək.