Çinin Texnologiya nazirinin müavini Liu Lihong ölkədə dünyanın ən böyük 5G şəbəkəsinin qurulduğunu bildirib. Ölkə rəsmisi qeyd edib ki, plana uyğun olaraq 5G şəbəkələrinin genişmiqyaslı inşaatı yaxın dörd ildə başlanılacaq. 2025-ci ildən 2028-ci ilədək mənimsənilmiş texnologiyaların təkmilləşdirilməsi dövrü planlaşdırılır. Hazırda Çində ümumilikdə 718 min 5G baza stansiyası inşa edilib.
Lunar.az xəbər verir ki, Çin artıq 2029-cu ildə 6G şəbəkələrini istifadəyə verməyi planlaşdırır.
"Noyabr ayının sonundan etibarən, beşinci nəsil şəbəkələri dəstəkləyən 519 cihaz modeli bazara çıxarılıb. İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası 2025-ci ildə bazarda 3200-dən çox 5G cihaz modelinin satışa təqdim ediləcəyini və bunun on milyonlarla yeni şəbəkə abunəçisi olacağını proqnozlaşdırır. Keçən noyabr ayında 6G tədqiqat və inkişafının tətbiqini təşviq etmək üçün Milli 6G Tədqiqat və İnkişafın Təşviqi İşçi Qrupu və Ortaq Ekspert Qrupunun yaradılması elan edilib", - deyə Liu Lihong vurğulayıb.