Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Google qaranlıq rejimi istifadəyə verəcək

Google qaranlıq rejimi istifadəyə verəcək

Son illər bütün tətbiqlər üçün ən populyar yeniliklərindən biri qaranlıq rejimdir. İlkin məlumata görə, artıq Google şirkəti də masaüstü veb brauzer üçün qaranlıq rejimi sınaqdan keçirir. Testlər uğurla yekunlaşsa, Google qısa müddətdə sözügedən funksiyanı aktivləşdirə bilər.

Lunar.az ted.az-a istinadən bildirir ki, bu barədə Reddit-də məlumat yayılıb. Pixel3aXL adlı Reddit istifadəçisi test versiyasının operativ şəkildə sınaqdan keçirdiyini bildirib. O, rejimin ana səhifəyə təsir etmədiyini, Firefox kimi üçüncü tərəf brauzerlərdə də işlədiyini bildirib.

Qaranlıq rejimdə arxa plan tünd boz, Google loqosu isə ağ rəngə boyanır. Düymələr əvvəlki kimi mavi və qırmızı rəngdə qalır.

Qeyd edək ki, Google-un YouTube, YouTube TV, YouTube Music və Google Keep kimi xidmətləri də bir müddətdir qaranlıq rejimdə çalışır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ