Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
4 Redmi smartfon modeli MIUI 12-ni əldə etməyəcək

4 Redmi smartfon modeli MIUI 12-ni əldə etməyəcək

Çoxlu sayda smartfon modellərinə sahib olmasına baxmayaraq Xiaomi şirkəti öz cihazlarının uzunmüddətli dəstəyi ilə məşhurdur. Şirkət tez-tez özünün MIUI istifadəçi interfeysinin yeni versiyalarını hətta 4 il bundan öncə satışa çıxmış cihazlar üçün də təqdim edir. Lakin bu mövzuda istisna hallar da olur. Belə ki, MIUI 12-nin daha öncədən elan olunduğu 4 smartfon modeli onu əldə etməyəcək. Bu barədə 4pda saytı xəbər verib. MIUI-nin rəsmi saytında şirkətin öz cihazlarını MIUI 12-yə kimi yeniləmə üzrə planlarında dəyişiklik olduğu qeyd edilib.

Məlumatda qeyd edilib ki, Redmi Y3, Redmi 7, Redmi 6A və Redmi 6 modelləri MIUI 12-ni əldə etməyəcəklər. Belə ki, sözügedən smartfonlarda MIUI 12 ilə uyğunlaşmada problem var. Maraqlısı ondadır ki, Snapdragon 632-yə sahib Redmi 7 modeli MIUI 12-ni əldə etməyəcək. Lakin Snapdragon 439 prosessoruna sahib daha zəif smartfonlar olan Redmi 7A, Redmi 8 və Redmi 8A yeni istifadəçi interfeysini əldə edcəklər. Heç istisna deyil ki, bu smartfonlar da nəticə etibarilə MIUI 12-ni əldə etməsinlər.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ