Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Microsoft bütün Facebook və İnstagram reklamlarını dayandırdı

Microsoft bütün Facebook və İnstagram reklamlarını dayandırdı

Texnologiya və proqram nəhəngi Microsoft saxta xəbərlərə və dezinformasiyalara qarşı kifayət qədər mübarizə aparmaması səbəbiylə Facebook və "İnstagram"dakı reklamlarını dayandırmaq qərarına gəlib.

Lunar.az "Euronews"a istinadən xəbər verir ki, ABŞ-da tədricən reklamları dayandıran şirkət, daha sonra bütün dünyada bunu tətbiq edib.

Microsoft Marketinq Mütəxəssisi Kris Kaposella sosial mediadan verdiyi açıqlamada "hər iki platforma ilə reklamların davam etməsi üçün tələb olunan şərtlər barədə danışıqların davam etdirildiyini" deyib.

Eyni zamanda "Reklamların davam etməsi atılacaq müsbət addımlardan asılıdır, lakin hələlik bu qərar avqustun sonuna qədər davam edəcək" deyə Kris Kaposella əlavə edib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ